Mövzu 11. Biznesdə münaqişələr və onların həlli etikası



Yüklə 106,5 Kb.
səhifə2/3
tarix06.12.2022
ölçüsü106,5 Kb.
#120519
1   2   3
Movzu 11 - Biznesde munaqiseler ve onlarin helli etikasi (1)

Münaqişənin təsnifatı


Mövjud ədəbiyyatlarda münaqişələrin müxtəlif təsnifatı verilmişdir. Lakin, əksəriyyət tərəfindən aşağıdakı təsnifat qəbul edilmişdir:
M ünaqişənin təsnifatı Sxem
Lakin yuxarıda göstərilən təsnifatı heç də ideal hesab etmək olmaz. Məsələn, münaqişələrin əmələ gəlməsi yalnız sosial köklərlə bağlı deyildir. Burada iqtisadi amillər (bərabər şərait daxilində) əsas rola malikdir. Lakin bu sxemdə o nəzərə alınmamışdır. Bundan başqa, münaqişələr onların digər jəhətlərinə görə də bir-birindən fərqlənə bilirlər. Həm də bu sxemdə münaqişələrin qarşılıqlı əlaqəsi, qarşılıqlı təsir dairəsi və nətijələri əks olunmamışdır.
Müxtəlif münaqişəlirn qarşılıqlı əlaqəsi və təsiretmə diapazonunun müəyyən edilməsi onun həlli üçün mühüm əhəmiyyət kəsb edir. Çünki hər bir münaqişənin öz xassəsi olduğuna görə onların həlli də özünəməxsus üsullar tələb edir. Məsələn, əmək intizamı və maliyyə ilə əlaqədar olan münaqişə arasında prinsipial fərqlər olduğuna görə onların həlli yolları da prinsipjə fərqli olur. Çünki bu münaqişələrin məzmununda əsaslı fərqlər vardır. Məsələn, əmək intizamı ilə əlaqədar olan münaqişəni kollektiv üzvlərinin bir-birinə qarşı olan qarşılıqlı tələbləri çərçivəsində həll etmək olar. Maliyyə-kreditlə bağlı münaqişələrin həlli daha mürəkkəb olur və belə çərçivəyə sığmır.
M ünaqişənin modeli

Münaqişənin funksiyaları


Özünün nətijə baxımından münaqişənin hər bir əmək kollektivinin, sənaye qruplarının siyasi partiyaların, sosial təbəqələrin, bütölükdə jəmiyyətin həyatında oynadığı rol eyni mənalı və eyni dərəjəli deyildir. Ona görə də münaqişənin rolu və əhəmiyyətinə yuxarıdakı çərçivə, sferalar baxımından yanaşmaq lazımdır. Həm də bu, problemi istər-istəməz yalnız mikr mühitlə deyil, makro sosial və makro iqtisadi amillərlə bağlanmış olur. Bununla belə, mütəxəssislər arasında münaqişənin rolu, funksiyaları haqqında tam fikir birliyi yoxdur.. çünki münaqişənin muzdlu fəhlə, biznesmen, jəmiyyət, hər hansı bir siyasi partiya, yaxud iqtidar və müxtəlif üçün əhəmiyyətli (pozitiv və neqativ tərəfləri) eyni deyildir. Bununla belə münaqişənin əhəmiyyəti birinjisi onun dialektik xarakter daşımasıdır: ziddiyətlər həqiqəti aşkara çıxarmağa xidmət edir, faydalı seçim qaydalarına yol açır. İkinjisi, münaqişə adamları, jəmiyyəti bü və ya digər problemin həllinə doğru yönəldir. Üçünjüsü, hər bir tərəfdən real mənafelərini aşkara çıxarmağa, hətta bu mənafelərin özünün dərk edilməsinə şərait yaradır. Dördünjüsü, münaqişə inteqrativ funksiyanı da ijra edir. Bu özünü problemin həllində adamların fəaliyyət birliyinin təmin edilməsində münaqişənin oynadığı pozitiv jəhətdə göstərir. Bu fikrin təsdiqi üçün bəzi müəlliflər sovet xalqlarının Böyük Vətən müharibəsində faşizim üzərindəki qələbəsini misal gətirirlər. Lakin burada vahid ideologiya, vətənpərvərlik, müharibə anlayışı ilə münaqişə anlayışını eyni mənalı başa düşülür. Həm də nəzərə almaq lazımdır ki, münaqişələr, xüsusilə antoqonist münaqişələr jəmiyyəti parçalayır, sosial qruplara bölür, formalaşmış struktur qurumları dağıdır və s. Demək, münaqişələrin dağıdıjı funksiyası da vardır. Ona görə də münaqişələr idarə olunmalıdır. Münaqişələrin idarə edilməsində onların spesifik təbiətini. Meydana çıxması səbəb-bilməklə yanaşı sosial bərabərsizliyin azaldılması tədbirlərinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki tarixi təjrübə və müasir dövr sübut edir ki, insanlar həmişə sosial bərabərsizliyin səbəblərinə görə münaqişəyə qoşulmuşlar.



Yüklə 106,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin