Mövzu 11. Biznesdə münaqişələr və onların həlli etikası


Biznesdə münaqişə prosesinin əsas mərhələləri



Yüklə 106,5 Kb.
səhifə3/3
tarix06.12.2022
ölçüsü106,5 Kb.
#120519
1   2   3
Movzu 11 - Biznesde munaqiseler ve onlarin helli etikasi (1)

2. Biznesdə münaqişə prosesinin əsas mərhələləri
Münaqişə prosesi





3. Münaqişələrin tənzimlənməsinin üsul və alətləri



4. Münaqişələrin həllinin əsas metodları
Biznesdə münaqışələrin həllinin 4 üsulu
Partnyorlar, alıcılar və ya satıcılarla münaqişələrin həllinin 4 alternativi mövcuddur. Hər bir alternativ müxtəlif fərziyyələrə əsaslanır və müəyyən xərcləri nəzərdə tutur. Buna görə də biznesmen bu 4 alternativi dəqiq bilməlidir.


Alternativ №1 – Birbaşa danışıqlar

Bu, münaqişələrin həllinin ən ucuz, lakin o qədər də asan olmayan üsuludur. Ilk növbədə bir tərəfin nə istədiyini, uzunmüddətli münasibətlərin ona niyə və nə qədər lazım olduğunu başa düşmək lazımdır. Növbəti addım eyni şeyləri əks tərəf üçün aydınlaşdırmaqdan ibarətdir. Bunun üçün müşahidə tələb olunur, həmçinin təfərrüatlı sorğular və hər iki tərəfi dinləmək lazımdır. Birbaşa danışıqlarda sonuncu addım hər iki tərəf arasında razılıq qurmaqdır və bunu elə etmək lazımdır ki, razılıq münaqişə edən tərəflər üçün ədalətli və əlverişli olsun.


Danışıqları effektiv şəkildə aparmaq üçün sizə, planlaşdırmaq, ünsiyyət və müzakirə aparmaq bacarığı kimi zəruri biliklər lazımdır.


Alternativ №1 – Vasitəçilik

Vasitəçiliyin məqsədi kimin haqlı, kimin haqsız olmasını aydınlaşdırmaqdan yox, əksinə, problemin necə həll olunacağını aydınlaşdırmaqdan ibarətdir. Vasitəçilik – üçüncü tərəfin münaqişədə olan tərəflərə danışıqlarda kömək göstərdiyi və güzəştə nail olmaqda yardımçı olduğu prosessir. Vasitəçi qərar qəbul etmək hüququna malik deyil. Vasitəçinin yeganə marağı sadəcə olaraq qarşılıqlı razılığa gəlməkdə köməkçi olmaqdır.


Alternativ №1 – Arbitraj

Bu prosesdə işgüzar münaqişələr, faktları tədqiq edən, hər iki tərəfi dinləyən və qərar qəbul edən müstəqil arbitrə təqdim edilir. Münaqişədə olan tərəflər, xoşlarına gəlib-gəlməməsindən asılı olmayaraq, arbitrin qərarını qəbul etməyə borcludurlar. Arbitraj keçmiş hadisələrə əsaslanır, buna görə də arbitrajdan münaqişələrin həlli kimi istifadə etmək üçün müəyyən faktlar toplamaq lazımdır. Arbitraj, bir qayda olaraq, işgüzar münaqişələrin həllinin ən uzun prosesidir.




Alternativ №1 – Məhkəmə prosesi


Bu alternativ hansı tərəfin haqlı, hansının haqsız olduğu seçmək haqqını məhkəməyə verir. Hakim faktlara və onların qanunlara uyğunluğuna əsaslanır. Lakin həqiqətdə vətəndaş münaqişələrinin 90%-i məhkəməyə gedib çatmır. Adətən tərəflər vəkillərin köməyilə münaqişələri məhkəməyə bir neçə gün qalmışa qədər həll edirlər. Səbəb burasındadır ki, məhkəmə prosesi tərəflər arasındakı gələcək münasibətlərə mənfi təsir göstərir, habelə məhkəmə davaları münaqişələrin həllinin çox bahalı alternatividir. Buna görə də məhkəmə davalları münaqişələrin həllində ən son tədbirdir.
Yüklə 106,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin