Beynəlxalq marketinq mühitinin öyrənilməsi beynəlxalq ticarət və kooperasiya sistemi, iqtisadi mühit, hüquqi-siyasi və mədəni mühit, əmtəə və xidmətlərin beynəlxalq bazarı, beynəlxalq rəqabətlə əlaqədar olan məsələləri özündə birləşdirir.
Beynəlxalq ticarət sistemi (international trade)-bütün ölkələrin xarici ticarətinin məcmuu olmaqla, əmtəə- pul münasibətləri sferasıdır. Başqa sözlə desək, beynəlxalq ticarət- müxtəlif ölkələrin satıcı və alıcıları arasında əmək məhsullarının (əmtəə və xidmətlər) mübadiləsi sferasıdır.
Beynəlxalq ticarət milli iqtisadiyyatları dünya bazarı ilə vahid sistemdə əlaqələndirir.
Xarici ticarət (external trade) ölkələr arasında əmtəə və xidmətlərin idxal və ixracından ibarət olan ticarətdir.