Mövzu 15. Marketinq və CƏmiyyəT: marketinq etikasi və sosial məsuliyyəT



Yüklə 54,58 Kb.
səhifə12/24
tarix10.01.2022
ölçüsü54,58 Kb.
#107862
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
Mədəniyyətin çirklənməsi. Tənqidçilər marketinq sistemini əhalinin mə­də­niy­yə­ti­ni çirkləndirməkdə gü­nah­lan­dı­rır­lar. Bizim mənəviyyatımız reklamların hücumuna mə­ruz qalmışdır. Televiziyada rek­lamlar ciddi proqramları kəsir, reklam səhifələri qə­zet və jurnalları, afışalar isə gö­zəl mənzərələri korlayır. Bu fasilələr materializm, seks, güc, əmlak mesajları ilə əha­li­nin beynini daim pozur. Əhalin əksəriyyəti reklamlara həd­dən artıq qıcıqlandırıcı va­si­tə kimi baxmasa da (hətta, bəziləri reklamların te­le­vi­zi­ya proramlarının ən yaxşı his­səsi olduğunu düşünür), bəzi tənqidçilər bu sahədə ra­di­kal dəyişikliklərin apa­rıl­ma­sı­nı tələb edirlər.

Marketoloqlar tənqidçilərin bu iddialarına aşağıdakı arqumentlərlə cavab verırlər. Əv­­vəla, onlar öz reklamlarının hadəf seçdikləri auditoriyaya birbaşa çatacağına ümid edir­­lər. Amma, kütləvi kommunikasiya metodları səbəbindən bəzi reklamlar məhsul al­­maq marağında olmayan insanlara da çatır və bu səbəbdən onlar bezir və hirslənirlər. Əha­­li öz arzuladıqları jurnalları aldıqda ticarət reklamlarırıdan nadir hallarda narazı qa­­lır, çünki jurnallar onların maraq dairəsində olan məhsulları reklam edir. İkincisi, rek­­lamlar istifadəçilər üçün televiziya və radionu daha da sərbəst edir, jurnal və qə­zet­lə­­rin qiymətlərini aşağı salır. Nəhayət, müasir istehlakçılar bir çox alternativlərə malik olur­­lar. Onlar televiziyada verilən reklamlara baxmaya bilər, ya da pevk TV və kabel TV kanallara baxmaqla onlardan canlarını qurtara bilərlər. Beləliklə, istehlakçının diq­qə­­tini cəlb etmək üçün reklam mütəxəssisləri daha əyləncəli və məlumat baxımından zən­­gin reklamlar hazırlayırlar.




Yüklə 54,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin