Mövzu 15. Marketinq və CƏmiyyəT: marketinq etikasi və sosial məsuliyyəT


Həddən artıq yüksək siyasi təzyiq



Yüklə 54,58 Kb.
səhifə13/24
tarix10.01.2022
ölçüsü54,58 Kb.
#107862
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Həddən artıq yüksək siyasi təzyiq. Digər iradlar biznesin yüksək siyasi təzyiq gös­tərmək imkanına malik olması ilə bağ­lıdır. "'Neft", "tütün", "avtomobil", "dərman" se­natorları ictimai maraqlar əvəzinə sə­nayeçilərin maraqlarını qoruyur. Reklam agent­lik­ləri kütləvi informasiya vasitələri üzə­rində böyük təsir imkanlarına malik olmaqla, on­ların sərbəstliyini və obyektivliyini məh­dudlaşdırdığı üçün ciddi tənqid olunur.

Amerika sənayesi öz maraqlarını dəstəkləyir və müdafıə edir. Onların böyük təsir im­­kanlarına malik olmaqla konqresdə və kütləvi informasiya vasitələrində təmsil olun­maq hüquqları belə vardır. Xoşbəxtlikdən, bir vaxtlar toxunulmazlıq statusuna malik olan güclü biznes maraqları indi ictimai maraqlara tabe edilib.

Bu yaxınlarda, tənzimləyici orqanlar "AT&T", "R.J. Reynolds", "İntel" və "Mic­ro­soft" kimi nəhənglərə öz böyük biznes maraqlarını ictimai maraqlar ilə ba­lans­laş­dır­maq üçün ciddi təzyiqlər ediblər. Bundan əlavə, media öz reklam gəlirlərini çoxlu müx­­təlif reklam agentliklərindən əldə etdiyi üçün onların birinin və ya bir neçəsinin tə­­sirinin qabağını almaq asandır. Bu güclü maraqları nəzarət və kompensasiya edən çox az sayda biznes qüvvələri var ki, əks müqavimət ilə rəqabət aparmağa meyli ol­sun­­lar.


Yüklə 54,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin