Mövzu 16 İşgüzar kommunikasiyada elan xarakterli sənədlər. XVI mühazirənin plani



Yüklə 56,62 Kb.
səhifə11/23
tarix31.12.2021
ölçüsü56,62 Kb.
#113061
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
az dili

TELEQRAM VƏ TELEFONOQRAM
Teleqram
«Teleqram» yunanca “tele”-uzaq, “qramma” – yazı birləşməsindən əmələ gəlib, uzağa köçürmək mənasını daşıyır. Teleqramın əhəmiyyətini, faydasını, işlənmə məqamını, daşıdığı məqsədi tələbələr dərindən mənimsəməlidirlər. Teleqram vasitəsilə bu və ya digər məlumatı uzaq məsafəyə təcili şəkildə çatdırmaq mümkündür. Onun, əsasən, iki növü vardır:

1. Hadisə haqqında məlumat vermək və ya almaq üçün hazırlanmış teleqram.

2. Pul köçürmək üçün istifadə olunan teleqram.
Teleqramın hər iki növünün özünəməxsus doldurulma qaydası vardır. Belə ki, birinci növdə məlumat, ikinci növdə pulun miqdarı öz əksini tapır. Müəllimin əsas vəzifəsi hər iki halda teleqramın doldurulma qaydasını tələbələrə başa salmaqdır. Tələbələr teleqramın yazılması barədə aşağıdakıları bilməlidirlər:


  1. Ünvan. Şəxsin adı və soyadı dəqiq və düzgün olmalıdır.

  2. Teleqramın məzmunu yığcam, aydın və mənalı yazılmalıdır.

  3. Məzmunda köməkçi nitq hissəsinə aid olan sözlər öz əksini tapmalıdır.

  4. Mətndən ikimənalı, təhrif olunmuş söz çıxarılmalıdır.

  5. Rəqəmlər, adətən, hərflə yazılmalıdır.

Teleqramın məzmuna görə formaları rəngarəngdir. Onun ən çox yayılmış formaları aşağıdakılardır:


  1. Teleqramın adi forması

Bu formada olan teleqramda öz əksini tapan sözlərin ümumi miqdarı azlıq təşkil edir. Teleqramın göndərilmə və çatma nöqtəsi üçün ayrılan müddət qeyri-məhduddur.




  1. Təcili teleqram forması

Bu formada olan teleqramda vaxt məhduddur. Ən tez zaman ərzində teleqram sahibinə çatdırılmalıdır.




  1. Xüsusi teleqram forması

Bu formada olan teleqramı yazarkən lazımi sənəd-pasport və ya vəsiqə təqdim olunur, yəni teleqram vuran adamın şəxsiyyəti müəyyənləşdirilir. Məsələn, ölum haqqında vurulan teleqram buna misal ola bilər. Həmin teleqram həkim tərəfindən təsdiq olunmalı və həkimin adı, soyadı, atasının adı mütləq göstərilməlidir.

Bəzən dövlətlər arasında da belə teleqramlardan istifadə edilir. Həmin teleqramı dövlət başçısı imzalayır.

Nümunələr


Yüklə 56,62 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin