Mövzu 2 Əsas makroiqtisadi göstəricilər və milli hesablar sistemi



Yüklə 76,64 Kb.
səhifə4/23
tarix31.12.2021
ölçüsü76,64 Kb.
#112097
1   2   3   4   5   6   7   8   9   ...   23
Mövzu 2

2.ÜMM və ÜDM arasındakı fərq
Dünya ölkələrində ümumimilliməhsulun müəyyənləşdirilməsində mühüm istiqamətlərdən biri, milli hesab sistemlərinin müəyyənləşdirilməsidir. Bu istiqamətlərdən biri ümumi daxili məhsulun (ÜDM) digəri isə ümumi milli məhsulun (ÜMM) hesablanmasıdır. Bu göstəricilərin hər ikisiistehsal və xidmət sferasının nəticəsini əks etdirir. Onların hər ikisi il ərzində iqtisadiyyatda son məhsul və xidmətlərin həcminin dəyərini göstərir.

ÜDM və ÜMM arasında başlıca fərq ondan ibarətdir ki, birinci göstərici üçün əsasən, mövcud ərazidə yerləşən, milli mənsubiyyəti nəzərə alınmayan müəssisələrdə istehsal olunan əmtəə və xidmətlərin dəyəri nəzərdə tutulur. İkinci göstəricinin isə əsas xüsusiyyəti ondan ibarətdir ki, o heç bir ərazi əlaməti nəzərə almadan milli müəssisələrdə istehsal olunan əmtəə və xidmətlərin dəyərini nəzərdə tutur. Belə müəssisələrin istər ölkədaxilində, istərsə də xaricdə yerləşməsinin heç bir əhəmiyyəti yoxdur.ÜDM 2016-cı ildə 60,4 milyard manat olduğu halda 2017-cı ildə isə 70,1milyard manat olmuşdur. Uyğun olaraq hər nəfərə düşən ÜDM 6269,6manat və 7205manat olmuşdur.İnkişaf etmiş ölkələrdəÜDM-lə ÜMM arasındakı fərq 2-3 faiz arasında dəyişir.

Əslində ÜDM və ÜMM arasındaki fərq ölkədaxilində xaricilərin əldəetdiyi mənfəətlə, xarici ölkələrdəki mövcud ölkəvətəndaşlarının əldə etdiyi mənfəət arasındakı fərqlə əlaqədardır.

Ona görə dəadətən ÜMM hesablanarkən, UDM göstəricisinin üzərinə xarici ölkə investorlarının mənfəəti ilə mövcud ölkə vətəndaşlarının xaricdəki fəaliyyəti hesabına əldə etdiyi mənfəətin arasındakı fərq əlavə edilir.




Yüklə 76,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin