Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan



Yüklə 221 Kb.
səhifə20/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   ...   16   17   18   19   20   21   22   23   24
Qastiliya

İspaniyanın mərkəzi hissəsi idi. Bu dövrdə kilsənin dini-rıtsor ordenlərinin və dünyəvi feodalların iri mülkləri yaranmışdı. Rekonkistada iştirak edən rıtsorlar isə çox yoxsul yaşayırdılar.

Bura şəhərlər ölkəsi idi. Əhali isə hərbi xidmət daşımalı idilər. Şəhərlərin rekonkistadakı rolu onlara böyük müstəqilliklər vermişdi. Hər bir şəhərin Fueros (adı ilə) adlı hüquqları, adətləri imtiyazları yazılan sənədi vardı.

Şəhərlər öz aralarında ittifaqlar bağlayırdılar və feodala, bəzən də krala qarşı birgə çıxış edirdilər. Bəzən onlar kəndli icmaları ilə də ittifaq bağlayırdılar. Bu şəhərlərdə ticarət və sənətkarlıq uzun müddət ərəb və yəhudi əhalisinin əlində olmuşdu. Rekonkistikanın əvvəlində Qastiliyanın şimal əyalətlərində kəndlilər təhkimli halına salınmışdılar və çox pis şəraitdə yaşayırdılar. Lakin Mavrlardan alınan ərazilərdə vəziyyət başqa idi. Buradakı geniş ərazilərin müdafiəsi üçün ------------- cəlb edilir və onlara xeyli güzəştlər verilirdi. Artıq XII-XIII əsrlərdə köçənlər icmalarda yaşayaraq böyük bir azad kəndli kütləsini təşkil edirdilər.

Azad icmaların (beqetri) üzvləri özlərinə senyor seçmək və dəyişdirmək hüququna malk idilər. Rekonkitsa kəndlilərin qaçmaq imkanını xeyli artırdığından feodallar istismarı bir qədər yumşaltmağa məcbur oldular.

Geniş dağ ---------- burada qoyunçuluğu inkişaf etdirməyə imkan verirdi. İspan yunu İtaliyaya da gedirdi. Odur ki, Qastiliyada əmtəə-pul münasibətlərinin inkişafı qoyunçuluğun artımı ilə bağlı idi. Otlaq içini nizama salmaq üçün isə XIII əsrdə “Mesta” (yer) adlı qoyunçuluq ittifaqı yaradıldı və kraldan xəzinə, inzibati və məhkəmə hüququ aldı.



Araqon

Araqon krallığı Valensiya, Kataloniya və Arqon əyalətlərindən ibarət idi və bunlar ictimai quruluşuna görə bir-birindən fərqli idilər. İqtisadi cəhətcə ən geri qalmış vilayət Arqon idi. Kəndlilər feodaldan tam asılı idilər. Bu asılılıq feodala kəndlinin əmlakını zəbt etmək, hər cür cərimələr almaq və hətta öldürmək hüququnu belə verirdi.

Kataloniyada isə dəniz sahili boyunca bir sıra mühüm ticarət əhəmiyyətli şəhərlər var idi. (Məsələn Barselona).

İri feodallar (rikos ambres) hər cür vergilərdən azad idilər, öz aralarında ittifaq bağlayır, kralı seçir və devirə bilirdilər.

XIII əsrdə Bolear adalarını, Siciliyanı (1302), Sardiniyanı (1324) və Neopolitan krallığını (1442) birləşdirəndən sonra Araqon krallığı güclü dəniz dövlətinə çevrildi.


Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin