Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan



Yüklə 221 Kb.
səhifə21/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   ...   16   17   18   19   20   21   22   23   24
Portuqaliya

Burada torpaqların əksəriyyətinə sahib olan dini-cəngavər ordenləri mühüm rol oynayırdılar. Azad kəndli icmaları burada da fəaliyyət göstərirdi. Ən böyük şəhər Misibon idi. XIII əsrdə Alqarvinin işğalı ilə burada rekankista əsasən başa çatdı. Lakin XIV əsrdə Şimali Afrika qəbilələri dəfələrlə bu əraziyə yürüşlər etmişdilər. Onlarla mübarizə gəmiçiliyin inkişafına təkan verdi. Məhz buna görə də ilkin coğrafi kəşflərə başlamışdılar. Artıq XIV əsrdən müstəmləkə imperiyasının əsasını qoymuşdular.



Korteslər

XII-XIII əsrlərdə Priney yarımadasının bütün krallıqlarında silki monarxiya yaranmışdı. Kral hakimiyyəti nümayəndəli orqan olan korteslər tərəfindən məhdudlaşdırılırdı. Silklər ayrıca müşavirə keçirirdilər. Kortes üç palatadan ibarət idi: dini, zadəgan, şəhərlilər palatası. XV əsrə qədər şəhər nümayəndələri bəzən kəndli icmasının nümayəndələri ilə birgə müşavirə edirdilər. Bu Qastiliya kortesinin xüsusiyyəti idi. Araqon kortesində isə kiçik və orta zadəganlar feodallardan ayrı iclas keçirirdilər. Burada 4 palata vardı: ali əyanlar, kiçik və orta zadəganlar, dini şəhərlər.

Marks yazırdı: “Bir tərəfdən ərəblərlə uzunmüddətli mübarizə ərzində ərazinin o qədər də böyük olmayan hissəsi müxtəlif vaxtlarda geri alınmış və xüsusi krallığa çevrilmişdilər. Bu mübarizənin gedişində xalq qanun və adətlər yaratmışdı. Zadəganların əsas rol oynadıqları tədrici istilalar, fövqəladə dərəcədə onların nüfuzunu artırdı və kral hakimiyyətini zəiflətdi. Digər tərəfdən ölkə daxilindəki yaşayış məntəqələri və şəhərlər böyük əhəmiyyət qazandılar. Əhali birgə möhkəmləndirilmiş yerlərə köçməyə və mavrların fasiləsiz hücumlarından yaxa qurtarmaq üçün yollar axtarmağa başladılar, eyni zamanda İspaniyanın yarımada kimi vəziyyəti dəniz sahilində birinci dərəcəli ticarət əhəmiyyətli şəhərlərin yaranmasına səbəb oldu. Artıq XIV yüzillikdə şəhərlərin nümayəndələri korteslərin güclü hissəsini təşkil edirdilər. Onun tərkibinə həmçinin dini və zadəgan nümayəndələri də daxil idilər”.

Sinfi mübarizə

İri feodallar və ruhanilər hakimiyyəti öz əllərinə alandan sonra korteslərə kəndli nümayəndələrini buraxmamağa başladılar. Bu kəndlilərin narazılığına səbəb oldu. Kəndli çıxışlarının artması dövlətin birliyini tələb edirdi. 1469-cu ildə Kastiliya kraliçası İzabella Araqon şahzadəsi Ferdinanda ərə getdi. 1479-cu ildə isə Ferdinand Araqon taxtına sahib oldu. Beləliklə, vahid İspaniya dövləti yarandı. Uzun müddət çəkişmələrdən sonra onlar feodalların müqavimətini qırdılar. Lakin kəndli üsyanının qarşısını ala bilmədilər. 1484-cü ildə kəndli Pedro Xuan Salanın başçılığı ilə üsyan başladı. O, bir çox müharibələrdə iştirak etmiş və hərbi işi yaxşı bilirdi. Yaxşı təşkil olunmuş kəndli dəstələri Barselonanı mühasirəyə alırlar.

Şəhər qüvvələrinin köməyinə kənar əyalətlərin feodalları da gəlirlər və üsyançılar məğlub edilirlər. Pedro isə əsir alınaraq edam olunur. Lakin üsyançılar partizan hərəkatını başlayırlar.

Nəhayət, 1486-cı ildə Ferdinan təhkimçilik hüququnu ləğv edir. Katoloniya kəndliləri şəxsi azadlıq və senyorun yanından çıxıb getmək hüququ alırlar. Lakin bu kəndlilərin azadlığı demək deyildi.

Ferdinand və İzabella hakimiyyəti möhkəmlətdikdən sonra İspaniyada Mavrların son torpağı olan Pranada əyalətinə qarşı mübarizəyə başladılar. 1492-ci ildə Qranada tutulur. 1512-ci ildə Navarra birləşdirilir. Rekonkista başa çatır.

Ferdinand öz düşmənlərinə qarşı mübarizədə katolik kilsəsinin qüvvəsindən də istifadə edirdi. Bu məqsədlə hələ 1480-ci ildə inkivizasiya məhkəməsi yaradılmışdı. Mavrlar və yəhudilər təqib olunurdular. Onlar da xristianlığı qəbul etməli, ya da ölkəni tərk etməli idilər. İnkivizasiya bir də ona görə xeyirli idi ki, məhkumların əmlakının üçdə biri məhkəmə üzvlərinə, qalanı isə krala verilirdi.

Ferdinand və İzabellanın dövründə İspaniyada monarxiya möhkəmləndi. İri feodallar öz müstəqilliyini itirdilər. Korteslər isə əvvəlki əhəmiyyətlərini itirərək az-az çağırılırdı. İdarəetmə bürokratik xarakter aldı. Mərkəzdə kral şurası, yerlərdə isə kral məmurları (korrexidorlar) idarə edirdilər.


Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin