Mövzu 2 Strategiyanın hazırlanması prosesi və maragların təsiri


Təskilatın strategiyasını müəyyən edən amillər



Yüklə 1,01 Mb.
səhifə3/8
tarix31.12.2021
ölçüsü1,01 Mb.
#112542
1   2   3   4   5   6   7   8
Mövzu 2

Təskilatın strategiyasını müəyyən edən amillər

Amillər hansılar ki, hazırlanma üçün sirkətin strategiyasının həyata keçrilməsinə böyük çoxlugu ilə təsir göstərir. Bu onunla baglıdır ki, istənilən sirkət xarici mühit ilə bir çox əlaqələrə malik olmalı, həm də daxili kommunikasiyalar strukturu və xüsusiyyətlər nəzərə alınmalıdır. Sirkətin səmərəlili isi üçün amillərin bütün məcmusunu nəzərə almaq lazımdır.

Bu onları növbəti meyarlar üzrə təsnifləsdirərək demək olar:

1. Yaranma sferası üzrə seçirlər:

- xaricilər, hansılar ki, müəssisə xaricində yaranırlar;

- hüdudlar üçün sirkətin fəaliyyətiylə daxil olanlar.

2. Yaranmanın təbiəti üzrə seçirlər :

-iqtisadilər -valyutaların kurs dəyisikliyi, istehsal xüsusiyyətləri, xərclər;

-siyasilər -xarici siyasət, daxili proseslər, siyasi qurulus;

-sosiallar -həyat səviyyəsi, gəlirlər, gözləmələr, demoqrafik vəziyyət;

-hüquqilər -qanunlar, qaydalar, normalar, konsepsiyalar;

-ekoloji və basqaları.



3. İmkan daxilində proqnozlasdırılanlar:

-əvvəlcədən deyilən amillər, hansılar ki, qabaqcadan görmək olar;

-gözlənilməzlər – qəflətən, gözlənilmədən yaranırlar.

4. Amilin təsirinin yayılmasının miqyasları üzrə seçirlər :

-ümumilər;

-lokallar .

5. Açıqlıq üzrə seçirlər :

-açıq amillər;

-gizlilər – askar edilənlər çətindir.

Həm də amillər öz aralarında qarsılıqlı təsir edir, nə onların gücünün və ya təsirin istiqamətinin dəyisikliyinə aparır. Həmçinin onların xarakteristikaları vaxtda dəyisir. Buna görə basqaların üstündə bir amillərin prioritetliyini nəzərə almaq lazımdır. Məsələn, hal-hazırda riskin və qeyrimüəyyənliyin amili müəssisənin uzunmüddətli inkisafını təmin edən amillərin üstündə üstünlük olur.

Strategiyanın seçilməsinə çoxlu və müxtəlif amillərə təsir göstərir. Bunlаrın ən vаcibləri аşаğıdаkılаrdır:

1. Təşkilatın biznesinin və onun xüsusi qolunun müəyyən еdilməsi. Birinci növbədə burada diqqət təşkilat tərəfdən eyni bazarda yerləşdirilmiş istehsalın və əvəzedici məhsulların rəqabətlilik səviyyəsinə yetirilir.

2. Xarici mühitin vəziyyəti. O, stabildirmi və ya dəyişkəndirmi? Bu dəyişiklik nə qədər qabaqcadan bilinə bilər?

3. Təşkilatın qarşısına qoyduğu məqsədin xarakteri; təşkilаtın sаhibləri və ya yüksək menecerlərin qərar qəbul edilməsinə rəhbərlik etdiyi dəyərlər.

4. Riskin səviyyəsi. Risk təşkilatın həyat fəaliyyətində real amildir. Çox yüksək dərəcəli risk təşkilatın iflasına gətirib çıxara bilər. Ona görə də həmişə rəhbərliyi belə bir sual düşündürür: - təşkilat üçün hansı səviyyədə risk kifayətdir?

5. Təşkilatın daxili quruluşu, onun güclü və zəif tərəfləri, təşkilatın güclü funksional zonaları yaranmış yeni imkanlardan uğurla istifadə etməyə imkan verirlər. Zəif tərəflər isə potensial təhlükədən qaçmaq üçün və digər təşkilatlarla uğurlu rəqabət aparmaq üçün rəhbərlik tərəfindən strategiyanın seçilməsində, onun reallaşdırılmasında daimi diqqət tələb edir.

6. Keçmiş Strategiyanın reallаşdırılmаsı təcrübəsi. Bu amil «insan amili» ilə, insan pslxologiyası ilə bağlıdır. O müsbət və mənfi xarakterli ola bilər. Tez-tez rəhbərlər dərk edilmiş şəkildə və ya intuitiv olaraq təşkilatın keçmişdə seçmiş olduğu strategiyanın realizasiyası təcrübəsınin təsiri altında olurlar. Təcrübə bir tərəfdən keçmişdəki səhvlərin təkrarlanmasından qaçmağa imkan verir, digər tərəfdən isə seçimi məhdudlaşdırır.

7. Vaxt amili. Bu amil idarəetmə qərarlarının qəbul edüməsində mühüm rol oynayır. O təşkilatın uğuruna və ya uğursuzluğuna səbəb ola bilər. Hətta vaxtında bazara çıxarılmasa ən yaxşı strategiya, yeni texnologiya və ya yeni məhsul uğur gətirə bilməz. Bu isə öz növbəsində təşkilatın böyük itkisinə və hətta müflisləşməsinə gətirib çıxara bilər.

Daxililərə və xaricilərə amillərin bölməsi ən çox yayılmısdır. Ona görə ki, strategiya müvəffəqiyyəti təmin etmir, əgər daxili və xarici vəziyyətin arasında sərhəd keçirilməmisdirsə, əhəmiyyətli rəqabət üstünlüklərinin əldə edilməsi təmin olunmamısdırsa və sirkətin daxili fəaliyyəti yaxsılasdırılmamısdırsa.

Daxili amillərin arasında seçirlər :

1. Təskilatın güclü və zəif tərəfləri, onun rəqabət imkanları.

2. Səxsi ambisiyalar, biznesin fəlsəfəsi və menecerlərin etik nöqteyin

əzərləri.

3. Dəyərlərin təsiri və strategiyanın seçiminə sirkətin mədəniyyətləri.

Xarici amillərin arasından seçmək olar:

1. Normativ-hüquqi bazanı.

2. Sahənin cazibədarlıgı və rəqabətin səraiti .

3. Spesifik bazar imkanları və təhlükələr və s.,

Xarici mühitin təhlili. Xarici mühitin təhlili təşkilаtın nöqteyi-nəzərindən ətraf mühitin subyektlərinin və amillərinin inkişaf perspektivbrinin və vəziyyətinin qiymətləndirilməsini özündə əks etdirir. Sahələr, bazarlar, təchizatçılar (tədarükçübr) və təşkilаtın birbaşa təsir göstərə bilmədiyi xarici mühitin qlobal аmillərinin cəmi. Xarici mühitin təhlili alət rolunu oynayır ki, onun da köməyilə strategiyanı işləyib hazırlayanlar potensial təhlükələri və açılan yeni imkanları qabaqcadan görmək məqsədilə təşkilata münasiləətdə xarici amillərə nəzarət edirlər. Xarici mühitin analizi təhlükə və imkanların meydana çıхmаsını vaxtında proqnozlaşdırmağa, qabaqcadan gözlənilməyən şəraitlərin meydana gəlməsi zamanı situasiyalı planları işləyib hazırlamağa və potensial təhlükələri sərfəli imkanlara çevirməyə imkan verir.

1. İqtisadi amillərin təhlil zamanı inflyasiya (deflyasiya) templəri, vergi dərəcəsi, beynəlxalq ödəmə balansı, əhalinin bütünlükdə və sahələrdə məşğulluq səviyyəsi, müəssisələrin ödəmə qabiliyyəti nəzərdən keçirilir.

2. Siyasi amillərin təhlili zamanı ölkələr arasında tariflər və ticarət üzrə razılaşmaları, proteksionist gömrük siyasətini (III dünya ölkələrinə yönəldilmiş), yerli hakimiyyət orqanlarının və mərkəzi hökumətin normativ aktlarını, iqtisadiyyatın hüquqi tənzimlənməsinin inkişaf səviyyəsini, dövlətin və aparatın siyasətçilərin arıtiinhisar qanunvericiliyinə münasibətini və işçi qüvvəsinin tutulması məhdudiyyətini izləmək lazımdır.

3. Bazar amilləri təşkilatın işinin effektivliyinə dolayı təsir göstərən çoxlu sayda xüsusiyyətləri özündə birləşdirir. Onların təhlili firma rəhbərliyinə öz strategiyasını dəqiqləşdirməyə və təşkilatın bazardakı mövqeyini möhkəmləndir-məyə imkan verir.

4. Təşkilat rəhbərliyi daima texnoloji xarici mühiti izləməyə borcludur ki, təşkilаtın özünün mövcudluğu üçün təhlükə olan dəyişikliklərin meydana gəlməsi anını buraxmasın. Bu, xüsusən ona görə vаcibdir ki, texnoloji xarici mühitdə dəyişiklik təşkilatı rəqabət şəraitində ümidsiz, çarəsiz vəziyyətə sаlа bilər. Texnoloji xarici mühitin təhlili istehsalın texnologiyasında konstruksiya materiallarındakı dəyişiklikləri (tamamilə yeni texnologiyanın yaradılmasının başlanğıc anını qaçırmaq xüsusilə vаcibdir), yeni məhsullаrın və хidmətlərin layihələşdirilməsi üçün hesablama texnikasının tətbiqini (idarəetmədə), informasiyanın yığılması, emalı və ötürülməsi texnologiyasında, rabitə vasitələrində baş verən dəyişiklikləri nəzərə almalıdır.

5. Rəqabət amillərinin təhlili təşkilat rəhbərliyi tərəfindən rəqiblərin fəaliyyətinə daimi nəzarəti nəzərdə tutur. Təhlilin mahiyyətini aşağıdakı suallara cavabların axtarılmasında görmək olar:

-rəqibi fəaliyyətə nə gətirir? -o nə edir? -o nə edə bilər?

Rəqiblərin təhlilində 4 tədqiqаt (diaqnostika) zonasını fərqləndirirlər;

а) rəqiblərin gələcək məqsədlərinin təhlili;

b) onların cari strategiyalarının qiymətləndirilməsi; -30-

c) rəqiblərə münasibətdə ilkin şərtlərin qiymətləndiril-məsi;

ç) sahənin inkişaf perspektivi, rəqiblərin güclü və zəif tərəflərinin öyrənilməsi.

6.. Xarici mühitin sosial amilləri özündə dəyişən ictimai dəyərləri, məqsədləri, münasibətləri, ümidləri və adətləri özündə birləşdirir. Iqtisadi qeyri-sabitlik şəraitində təşkilat üçün böyük təhlükə olan çoxlu problemlər məhz sosial mühitdə yaranır. Bu problemlərin öhdəsindən effektiv gəlmək üçün təşkilatda bir sosial sistem kimi özü dəyişilməlidir, xarici mühitə uyğunlaşmalıdır.

7. Beynəlxalq amillərin təhlili milli təşkilatlar üçün çox vаcib əhəmiyyət kəsb edir. Çoxlu iri və orta təşkilatlar beynəlxalq bazarda aktiv fəaliyyət göstərirlər və ya göstərməyə hazırlaşırlar. Digər ölkələrin hökumətlərinin milli bazarın ümumilikdə və ya ayrı-ayrı sahələrinin müdafiəsi və ya genişləndirilməsi üzrə səylərini nəzərdə tutan siyasətini izləmək lazımdır.

Nəzərdən keçirilmiş amillər qruplarının tədqiqаt yolu ilə aparılmış xarici mühitin təhlili təşkilat rəhbərliyinə onu maraqlandıran suallara cavabların tapılmasını asanlaşdırır:

-xarici mühitdəki hansı dəyişikliklər təşkilаtın cari strategiyasına təsir göstərir?

-hansı amillər ümumfirma məqsədlərinə nail olunması üçün böyük imkanları əks etdirir?

Xarici mühitin təhlili təşkilаtın bu mühitdə qarşılaşdığı həm xarici təhlükələrin, həm də imkanların siyahısının tutulması ilə başa çatdırmaq tövsiyə olunur. Bu siyahının təsvir forması müxtəlif ola bilər, lakin bir qayda olaraq, təşkilata təsir səviyyəsinə görə bu amillərin növbəliliyini və təsirin qiymətləndirilməsini özünə daxil etməlidir. Əyanilik və firmanın strategiyasını planlaşdıran rəhbər üçün bütün amilləri 2 bölmədə yerləşdirmək olar:

1 - imkanları göstərən amillər;

2 - təhlükələri göstərən amillər.

Ssenarilər müassir vəziyyətdən təşkilаtın gələcəyinə qədər olan təsviri inkişaf etdirməlidir. Bu iş strateji idarəetməninin əsas prinsipi olan seçim alternativliyi nəzərə alınmaqla sistemli şəkildə aparılır. Buna görə də bir ssenari yox, bir neçə variantlar işlənib hazırlanır kı, bu da təşkilat rəhbərliyinə bu və ya digər inkişaf istiqamətini sеçmənin mümkün nəticələrini görməyə imkan verir.

Təşkilаtın güclü və zəif tərəfləri. Xarici mühitin təhlilini aparmaq və təhlükə yaradan və yaxııd yeni imkanlar açan аmillər haqqında məlumatlar əldə edərək rəhbərlik özünün zəif və güclü tərəflərini qiymətləndirməlidir. Imkanlardan yararlanmaq üçün firmanın daxili qüvvələri varmı və xarici təhlükələrlə bağlı gələcək problemlərin hansı daxili zəifliklər mürəkkəbləşdirə bilər. Təşkilаtın güclü və zəifliklərinin təhlili buna xidmət edir. Daxili problemlərin diаqnоstikаsı üçün istifadə olunan metodu idarəetmə müayinəsi adlandırırlar. O, təşkilаtın müxtəlif funksional zonalarının kompleks tədqiqinə əsaslanıb və qoyulmuş vəzifədən asılı olaraq metodiki cəhətdən sadə və ya daha mürəkkəb ola bilər. Strateji planlaşdırma məqsədləri üçün müayinə 5 funksonal zonanı - marketinq, maliyyə (müasibаt uçotu), istehsal, heyət və еləcə də təşkilati mədəniyyət və təşkilatın imicini daxil etmək tövsiyyə olunur. Burada biz təşkilatın funksonal zonalarının tədqiqi üçün islifadə olunan yalnız bir neçə göstəriciləri və onların bəzi xüsusiyyətlərini nəzərdən keçirəcəyik. Marketinq funksiyasının təhlili zamanı tədqiqatın 7 vacib elementnə diqqət yеtirmək lаzımdır

1. Bazar payı və rəqabətliliyi. Bazarın ümumi tutumuna faizlə nisbətdə bazar payı təşkilatın uğurlu fəaliyyətini xarakterizə edən əsas göstəricilərdən biridir, belə ki, ləşkilatın bazar payı ilə onun effektli işi arasında müəyyən asılılıq vardır. Eyni zamanda bu əksər firmaların əsas məqsədidir və rəhbərlik daima ona nəzarət edir.

2. Çeşidin müxtəlifliyi və keyfiyyəti. Onlar çox halda təşkilаtın dayanıqlığını müəyyən edirlər. Amma burada müxtəlif yanaşmalar mümkündür. Bir firmа öz başlıca uğurunu məhsulun keyfiyyətinin təmin olunmasında görərək məhdud çeşiddə məhsul buraxır, ildə 1-2 yeni məmulat mənimsəyir. Digər firmа hər il onlarla və yüzlərlə məmulat mənimsəyir.

3. Bazar demoqrafiyası. Bazarda və alıcıların stukturunda dəyişikliklərin tədqiqi təşkilat rəhbərliyi üçün kifayət qədər mürəkkəb vəzifədir. Bu vəzifəni cəmiyyətin sosial təbəqələşməsi, əhalinin əsas kütləsinin gəlirləri səviyyəsinin dəyişməsi və içtimai dəyərlərin dəyişməsi çətinləşdirir

4.Bazar tədqiqatları və işlənib lıazırlanmaları. Təşkilatın daimi rəqabət qabiliyyətliliyinin saxlanması üçün yeni-yeni məhsulların və xidmətlərin, eləcə də bazarların geniş tədqiqatını və işlənib hazırlanmalarını aparmaq vacibdir.

5. Alıcılara satışdan qabaq və satışdan sonrakı xidmət. Effektiv və yaxşı satışdan sonrakı xidmət böyük həcmdə satışlara şərait yaradır, o alıcıların firmaya loyallığını saxlayır və formalaşdırır, yüksək satış qiymətlərinin təyin etməyə imkan verir.

6. Satış, reklam, malların yeridilməsi. Bıı göstəricilər marketinq funksiyasının təhlilində mərkəzi yerlərdən birini tutur. Təşkilat bazardа o halda uğurlarа bel bağlaya bilər ki, onun aktıv və səriştəli ticarətçi-satıcıları, aqressiv, yaradıcı mütəşəkkil reklamı məhsulların və xidmətlərin irəlilədilməsi plаnı olsun.

7. Mənfəət. Mənfəət - kommersiya təşkilatının effektiv fəaliyyətinin ümumiləşdirilmiş göstəricisidir. Buna görə də müxtəlif istiqamətlərindən, məhsul və xidmətlərdən alınan mənfəətə daima nəzarət etmək marketinq idarəedicisinin əsas funksiyasıdır. Qeyri-kommersiya təşkilatı birinci dərəcəli əhəmiyyəti öz əməliyyatlarının effektivliyinə verir.

Maliyyə (mühasibat uçotu). Təşkilаtın maliyyə vəziyyəti əksər halda rəhbərliyin gələcəkdə hansı strategiyanı seçəcəyini müəyyənləşdirir. Maliyyə vəziyyətinin detallı təhlili təşkilаtın artıq mövcud olan və potensial zəifliklərini aşkarlamağa kömək edir. Bir qayda olaraq, maliyyə vəziyyətinin təhlili maliyyə təftişi metodları ilə aparılır. Bu kifayət qədər əmək tutumlu, çox vaxt tələb edən və firmanın böyük sayda əməkdaşlarının cəlbini tələb edən işdir.

Səy göstərmək lazımdır ki, aparılan maliyyə təftişi təşkilаtın bu dövrdə normal fəaliyyət göstərməsinə maneçilik törətməsin.

Istehsal. Təşkilаtın istehsalçı funksional zonasının təhlili metodikası islehsalın təşkilati-texniki səviyyəsinin məşhur qiymətləndirilməsi metodikasından əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərq ilk növbədə təhlilin strateji idarəetməyə və inkişaf edən bazar münasibətlərinə yönümlülüyü ilə izah olunur. Istehsalı idarəetmənin daimi təhlili təşkilаtın daxili strukturunun xarici mühitdəki dəyişikliklərə vaxtındа adaptasiyası və rəqabət mühitində onun sağ qalması üçün çox böyük əhəmiyyətə malikdir.

İstehsalçı funksional zonanın güclü və zəif tərəflərinin təhlili gedişində aşağıdakı bir sıra həlledici suallara cavab almaq vacibdir:

- Firma öz məhsııl və xidmətlərini rəqiblərlə müqayisədə daha az xərclərlə istehsal edə bilərmi?

- Təşkilаtın yeni materiallar əldə etmək imkam varmı? O bir ləchizatçıdan asılıdırmı, yoxsa onun seçimi varmı?

- Firmanm avadanlığı necədir? O yenidirmi və ona yaxşı xidmət olıınurmu?

- Tədarük sistemi material ehtiyyatlarının aşağı salınması və məhsulun reallaşdırılmasının sürətləndirilməsi üçün nəzərə alınıbmı? Firmada giriş materialları üzərində, onların istehsalda hərəkəti və çıxış məmulatları üzərində nəzarət mexanizmi varmı?

- Təşkilat onun rəqiblərinin xidmət göstərə bilmədiyi bazarlara xidmət edə bilərmi?

- Təşkilatda məhsulun keyfıyyətinə effektiv nəzarət sistemi varmı?

- İstehsal prosesi nə qədər yaxşı təşkil olunub və planlaşdırılıb? Onu yaxşılаşdırmaq olarmı?

Heyət (insan resursları). ХХ əsrin 30-cu illərinin «kadrlar hər şeyi həll edir» şüarı bazar münasibətlərinin və iqtisadi böhranın təşəkkül tapması şəraitində aktuallığını itirməyib və yeni məna kəsb еdir. Müasir təşkilаtın bir çox problemlərinin həlli həm istehsalın, həm də idarəetmənin ixtisaslı və enerjili mütəxəssislərlə təmin olunmasmdan asılıdır. Insan resursları funksiyasının təhlili zamanı aşağdakı bir sıra suallara cavab vermək tövsiyə olunur:

- Siz hal-hazırda təşkilatda işləyən əməkdaşlar tipini necə xarakterizə еdərdiniz, və gələcəkdə onlandan nə tələb olunacaq?

- Təşkilаtın ali rəhbərliyinin səriştəliliyi və hazırlığı necədir?

- Rəhbər vəzifələrinin ardıcılıq yolu ilə keçilməsi planı varmı?

- Bizim effektli və rəqabətli mükafatlandırma sistemimiz varmı?

- Biz idarəedici kadrların hazırlanması və ixtisasının artırılmasından effektiv istifadə edirikmi?

- Heyətin işinin qiymətləndirilməsi sistemi təşkilatda fəaliyyət göstərirmi və belə qiymətləndirmə axırıncı dəfə nə vaxt aparılıb?

Bu sualların hər birinin ayrılıqda dərin təhlili və insan resurslarının keyfıyyətinin kompleks qiymətləndirilməsi rəhbərliyə bu funksional zonada potensial zəifləri aşkar etməyə və adekvat tədbirlər görməyə imkan verir.




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin