12. Onluq kəsrlər üzərində əməllər
Onluq kəsrlərin toplanması və çıxılması
Onluq kəsrləri toplamaq (çıxmaq) üçün əvvəlcə sonuna sıfırlar yazmaqla vergüldən sonrakı rəqəmlərin sayı bərabərləşdirilir, sonra vergüllər alt-alta düşmək şərtilə yazılır və toplanır (çıxılır).
Misal: 22,4 + 3,25 ⇒ 22,4 4,3 – 2,57 ⇒ 4,30
3,25 2,57
25,65 1,73
Onluq kəsrlərin vurulması
Onluq kəsrləri vurmaq üçün vergül nəzərə alınmadan alt-alta vurulur və sonda cavabda vergüldən sonrakı rəqəmlərin sayı qədər sondan əvvələ sayılır və vergül qoyulur.
Misal: 5,32 5,32 · 2,5 = 13,3
2,5
2660
1064
13,300
Onluq kəsri 10, 100, 1000 və s. mərtəbə vahidlərinə vurmaq üçün kəsrdəki vergülü mərtəbə vahidindəki sıfırların sayı qədər sağa köçürmək lazımdır.
Məs: 5,274 · 100 = 527,4 ; 1,4 · 1000 = 1400
Onluq kəsri 0,1; 0,01; 0,001 və s. mərtəbə vahidlərinə vurmaq üçün kəsrdəki vergülü mərtəbə vahidindəki sıfırların sayı qədər sola köçürmək lazımdır.
Məs: 2,053 · 0,01 = 0,02053 ; 57,36 · 0,1 = 5,736
3. Onluq kəsrlərin bölünməsi
Onluq kəsrləri bölmək üçün vergüldən sonrakı rəqəmlərin sayı bərabərləşdirilir (sonuna “0”-lar yazmaqla), vergüllər atılır və natural ədədlər kimi bölünür.
Misal: 65,348 : 5,27 = 12,4 6534,8 527
527 12,4
1264
1054
2108
2108
0
Onluq kəsri 10, 100, 1000 və s. mərtəbə vahidlərinə bölmək üçün kəsrdəki vergülü mərtəbə vahidindəki sıfırların sayı qədər sola köçürmək lazımdır.
Məs: 47,5 : 10 = 4,75 ; 102,37 : 100 = 1,0237 və s.
Onluq kəsri 0,1; 0,01; 0,001 və s. mərtəbə vahidlərinə bölmək üçün kəsrdəki vergülü mərtəbə vahidindəki sıfırların sayı qədər sağa köçürmək lazımdır. Məs: 38,12 : 0,1 = 381,2 ; 2,9 : 0,001 = 2900 və s.
Dostları ilə paylaş: |