Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı



Yüklə 277,58 Kb.
səhifə18/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   14   15   16   17   18   19   20   21   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

Diferensial təlim - Təhsil alanın şəxsiyyətinə yönəlmiş təlimdir. Diferensial təlim - təlimi fərdiləşdirməyə imkan verir.

Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla bilər:



  1. Təhsil alanların qabiliyyətlərinə görə (ümumi qa­biliyyətlər xüsusi qabiliyyətlər və s.).

  2. Təhsil alanların maraqlarına görə.

  3. Təhsil alanların ixtisasına görə.

Diferensial təlim müxtəlif səviyyəli təlim - təhsil-tərbiyə prosesinin elə təşkilini nəzərdə tutur ki, hər bir təhsil alanın tədris materialını öz qabiliyyətinə və öz imkan­larına uyğun şəkildə mənimsəmək imkanı əldə etsin.

Bu halda baza bilikləri müxtəlif səviyyələrdə mə­nimsənilmiş olur. Təhsilalanın təlim-idrak fəaliyyəti qiy­mətləndirilərkən, onun səyi və yaradıcılığı nəzərə alınır.



Tərbiyə - «Tərbiyə» ərəb sözüdür. Bu sözün kö­kündə «Rəbb” kəlməsi vardır. Mənası “Doğru yol göstər­mək”, “İslah etmək”, “Yetişdirmək”, “Ərsəyə çatdırmaq” deməkdir. «Rəbb» Allahın 99 adından biridir, bu da “Tərbiyə edən”, ”Nemət verən”, “İn­sanları mənəvi yüksəlişə aparan” deməkdir. “Mürəbbi” sö­zü də «Rəbb” kəlməsindən meydana gəlmişdir.

Təhsil - “Təhsil” ərəb sözüdür. ”Hasil” sözündən əmələ gəlmişdir. Yəni “Nəticə”, “Yekun” deməkdir. Tə­lim və tərbiyənin nəticəsində təhsil meydana gəlir.

Təhsilin məqsədi: hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması; özünün maraqlarına və cəmiyyətin tələbinə uyğun olaraq yaradıcı potensialından istifadə et­mək bacarığının inkişaf etdirilməsi; mütərəqqi adət və ənənələrin davam etdirilməsi; elmin, texnikanın, mədəniy­yətin inkişaf etdirilməsi, tarixi varisliyin təmin edilməsi; dünyanın elmi surətdə anlaşılması; etniklərarası mə­dəniyyətlərin inkişaf etdirilməsi; təhsilin bütün istiqamət­lərinin yeniləşdirilməsi; insanın bütün həyatı boyu fa­siləsiz təhsili; təhsilin müyəssərliyi; distant təlimin inkişaf etdirilməsi; informasiya texnologiyalarından geniş surətdə istifadə olunması; təhsil alanların akademik mobilliyi; vətəndaş tərbiyəsi; pedaqoji kadrların elmi tədqiqatçılıqda fəal iştirakı; yüksək ixtisaslı mütəxəssis kadrlarının hazırlığının təmin edil-məsi; peşə mobilliyi və s.




Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin