Texniki elmlərdə - model metodu qədim tarixə malik olsa da, müasir dövrdə daha geniş tətbiq olunmaqdadır. Tədqiqat prosesində mürəkkəb və çətin obyektləri, mürəkkəb prosesləri məhz model əsasında öyrənmək mümkündür.
Təcrübənin, sınağın obyekt üzərində deyil, onun müəyyən surətdə tərtib olunmuş əvəzedicisi üzərində aparılması modelləşdirmədir.
Modelləşdirmə irimiqyaslı tədqiqatların təşkili prosesində reallaşdırılır. Modelləşdirmə metodundan tədris planının, təlim və ya istehsalat əməyinin, tərbiyə proqramının təşkilində istifadə olunur.
Texniki proses mürəkkəb obyektdir və onun modelini yaratmaq tədqiqatçının ən mühüm problemlərindən biridir. Müasir dövrdə yaradılan texniki modellərin əksəriyyəti real hadisələrə aiddir.
Monoqrafiya - (yun. monos - tək və grapho - yazı) Bu və ya digər problem və ya mövzu üzrə aparılmış tədqiqatın yekunlarını özündə əks etdirən geniş elmi əsərdir. Elmi konfransın materiallarını və ya müəssisənin elmi- tədqiqat işlərini özündə cəmləşdirən böyük elmi topludur. Monoqrafiya adını almış belə əsərlərdən tədqiqatçı dəyərli mənbə kimi istifadə edə bilər.
Bununla bərabər tədqiqatçı-magistr özünün dissertasiyasını da İxtisaslaşdırılmış Elmi Şuranın məsləhəti ilə monoqrafiya şəklində çap edə bilər.
Mövzu - (ər. rus. тема, yun thema - tədqiqat, mühakimə, izahat predmeti) - Mövzu - tədqiqat probleminin qısa, konkret, lakonik ifadəsidir.
Menecer - (ing. maneger, manege - idarə etmək) menecment sahəsinin magistri hesab olunan - Magistr- menecer, İnzibati işlər üzrə magistr anlayışları da vardır. Texniki menecer – proseslərin idarə olunmasını təmin edən və onun effektivliyini artırmağa yönəldən rəhbər başa düşülür.
Təlim - Müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlər qazanmağa yönəldilmiş pedaqoji prosesdir. Təlim iki tərəfli pedaqoji prosesdir: öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətdir. Öyrədən şəxs təlim zamanı üç istiqamətdə fəaliyyət göstərir:
Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təşkil edir;
Həmin bilik və bacarıqlar vasitəsilə öyrənən şəxslərdə şüurun, psixikanın inkişafına diqqət yetirir;
Zəruri olan mənəvi, psixoloji keyfiyyətlərin aşılanması qayğısına qalır.
Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişafetdirici vəzifələri kompleks həyata keçirir.
Dostları ilə paylaş: |