Texniki ədəbiyyat (o cümlədən dərsliklər) – texniki elmlərin tədqiqat sahəsindən təhsil sahəsinə qədər, müəllimlər və tələbələrə qədər, onlardan isə – praktiklərə qədər texniki obyektlər haqqında biliyin yalnız bələdçisidir.
Normativ sənəd – müvəkkil edilmiş dövlət orqanı (vəzifəli şəxs) tərəfindən, qanunvericilik proseduralarının gözlənilməsi ilə, onun səlahiyyətləri çərçivəsində təsdiq edilmiş, hamı üçün məcbur olan normaları əhatə edən, qeyri-müəyyən şəxslər dairəsi və çoxdəfəlik istifadə üçün nəzərdə tutulmuş qanunvericilik aktıdır.
Texniki ədəbiyyatdan fərqli olaraq normativ sənədlər – dövlət tərəfindən müəyyən olunmuş qaydada ekspertizadan keçən və dövlət orqanları tərəfindən mühəndislikdə və praktiki fəaliyyətdə istifadəyə icazə verilmiş normativ sənədlərdir. Bu halda dövlətin rolu − normativ sənədlərin uyğunluğu ilə praktiki fəaliyyətin və onun nəticələrini, təhlükəsizliyini təmin etməkdir.
Mühəndislik öz işini ciddi olaraq normativ sənədlər çərçivəsində qurur, lakin bu halda texniki ədəbiyyatdan alınan biliklərdən istifadə edir. Hər dəfə mühəndislik məsələsinin həlli təhlükəsizliyinin təmin olunması ilə bağlı olduqda və normativ sənədlər çərçivəsindən kənara çıxılmasını tələb etdikdə, ilkin olaraq tədqiqatlar və uyğun ekspertizalar aparılmalı və nəticələr alınmalıdır.
Nəqliyyat elmi yeni bilik qazanmalı, mühəndislik isə toplanmış və normativ sənədlərdə qeyd edilmiş biliklər əsasında layihələr hazırlamalıdır. Texniki elmlərdə məqsədlərin və obyektlərin xüsusiyyətləri onları mühəndislik fəaliyyətindən və təbii-elm tədqiqatlardan, o cümlədən texniki elmlərin birbaşa əsaslandığı elmlərdən: mexanika və fizikadan fərqləndirir. Texniki elmlərdə tədqiqatların fərqi onların məzmunu və metodologiyasında da var.
Dostları ilə paylaş: |