Mülahizə − bu anlayışlar əlaqəsinin köməyi ilə nə isə təsdiq olunur və ya inkar edilir.
M-2
ELMİ TƏDQİQAT İŞLƏRİNİN MƏZMUNU VƏ
ƏSAS MƏRHƏLƏLƏRİ
Elmi tədqiqat – obyektiv yeni biliklər əldə etməyə yönəlmiş təşkil olunmuş fəaliyyətdir.
Müasir dövrdə istehsal proseslərinin idarə edilməsində, buraxılan məhsulun keyfiyyətinin təmin edilməsində, eləcə də, istismar prosesində, nəqliyyat vasitələrinə xidmətin keyfiyyətinin yüksəldilməsində, daşıma proseslərində səmərəliliyin və yol hərəkətinin idarə edilməsinin və təhlükəsizliyinin təmin edilməsinin determinik qanunauyğunluqlarla yanaşı stoxastik və ya ehtimal qanunauyğunluqlarının öyrənilməsinə böyük ehtiyac vardır.
Bu baxımdan elmi-texniki tərəqqinin yüksək inkişafı və informasiya texnologiyaları (kompüterləşmə) bu prosesin məqsədyönlü istiqamətdə idarə olunmasını asanlaşdırır.
Yuxanda göstərilən proseslərin aktiv idarə edilməsi və onların optimallaşdırılması, adi empirik asılılıq və əlaqələrdən fərqli olaraq, sistemin bütün mürəkkəbliyi ilə birlikdə riyazi ifadə olunmasını tələb edir. Bu məqsədlərə nail olmaq üçün müasir tələblərə uyğun elmi tədqiqat işləri aparılır.
Elmi tədqiqat işləri, bir qayda olaraq, aparılan eksperimentin nəticələrinə əsaslanır. Hər bir elmi tədqiqat işi ümumi ardıcıllıqla və mərhələlərlə yerinə yetirilir. Kompleks elmi tədqiqat işlərinə aşağıdakı əsas mərhələlər daxil edilə bilər:
Dostları ilə paylaş: |