Cədvəl 2.1
Sənaye robotları və yemək şeylərinin istehsal olunması imkanları (rəqəmlər şərtidir)
Məhsul növləri
|
Istehsal alternativləri
|
A
| B | C |
D
|
E
|
Yemək şeyləri-
yüz min
|
0
|
1
|
2
|
3
|
4
|
Sənaye robotları (min)
|
10
|
9
|
7
|
4
|
0
|
2.1 cədvəlindəki rəqəmlər şərti, yaxud da fərz edilən olsa da, bunlara əsasən çıxarılan nəticələrin çox böyük nəzəri və əməli əhəmiyyəti vardır. Belə ki, “A” alternativinə əsasən nəticə çıxarsaq mövcud olan bütün ehtiyatlar sənaye robotlarının, yəni istehsal təyinatlı əmtəələrin hazırlanmasına yönəldilməli olardı. “E” alternativinə əsasən mülahizə yürütdükdə isə deyə bilərik ki, bütün ehtiyatlar yemək şeylərinin hazırlanması üçün istifadə edilməlidir. Lakin mübaliğəsiz demək olar ki, hər iki alternativ qeyri-real olmaqla, ağlabatan deyilidir. Çünki hər bir iqtisadiyyatda ehtiyatların investisiya əmtəələri və istehlak şeyləri istehsal edən sahələr arasında bölünməsində tarazlıq yaratmaq mümkün olur. “A” alternativindən “E” alternativinə doğru hərəkət etdikcə yemək şeyləri istehsalı tədriclə artır, sənaye robotları istehsalı isə əvvəlcə azalır və son nəticədə “yox olur”. Bu, ehtiyatların investisiya əmtəələri istehsal edən sahələrdən “axıb getməsi” yolu ilə baş verir. Bir halda ki, istehlak şeyləri insanların tələbatlarını bilavasitə ödəyir, onda belə bir nəticəyə gəlmək olar ki, “E” alternativinə doğru hər bir hərəkət aldadıcıdır. Çünki cəmiyyət bu cür hərəkət etməklə, özünün cari tələbatını daha yaxşı ödəyir. Lakin bü cür siyasət yeridilməsi cəmiyyətə baha başa gələ bilər. Ona görə ki, belə olduqda cəmiyyətin investisiya əmtəələri ehtiyatı ya azalır, yaxud da adi sürətlə artır və deməli, istehsalın gələcək imkanları da aşağı düşür. Bir sözlə, cəmiyyət “A” alternativindən “E” alternativinə doğru hərəkət etməklə, əslində “gələcəkdə daha çox” prinsipinə nisbətən “indi daha çox” prinsipinə üstünlük verir və axırıncını seçir.
Əksinə “E” alternativindən “A” alternativinə doğru hərəkət etməklə, cəmiyyət cari istehlakdan imtina etmək siyasətini seçmiş olur. Bu isə ehtiyatların bir hissəsinin sərbəstləşməsinə və investisiya əmtəələri istehsalının artırılması üçün əlverişli şərait yaranmasına imkan verir.
Müasir dövrdə iqtisadiyyat sahəsində Nobel mükafatı laureatı Vasili Leontyev Vizer qanununun izahını məhdud miqdarda ehtiyatların bölünməsini nisbi iqtisadi səmərəlilik terminləri ilə ifadə etmişdir. Bunlar öz əksini onun irəli sürdüyü “Xərc-məhsul buraxılışı” iqtisadi modelində tapmışdır.
Çox vacib və başlıca bir cəhəti də qeyd etmək lazımdır: qənaət problemini həll etmək üçün hamı tərəfindən qəbul edilmiş vahid üsul və ya yol yoxdur.
Dostları ilə paylaş: |