Ölkəmizin qanunvericiliyində sahibkarlıq fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formalarında yaradılmasına icazə verilir. Burada sahibkarlıq, təsərrüfat ortaqlıqları, məhdud məsuliyyətli cəmiyyətlər, istehsal kooperativləri, səhmdar cəmiyyətləri, kiçik müəssisələr, kəndli (fermer) təsərrüfatları və s. nəzərdə tutulur. Sahibkarlığın formaları istehsalın xarakteri və miqyasına bilavasitə təsir göstərir.
Sənayecə inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sahibkarlıq kiçik, orta və iri sahibkarlığa bölünür.
Kiçik və orta sahibkarlığın müəyyən edilməsi ilə bağlı kəmiyyət, keyfiyyət və qarışıq (iqtisadi) yanaşmalar bir-birindən fərqlənir.
Kiçik müəssisələri müəyyən etmək üçün əsas etibarilə kəmiyyət göstəriciləri kimi işçilərin sayı, satışın həcmi, aktivlərin balans dəyəri meyarlarından istifadə olunur. Lakin qeyd etmək lazımdır ki, kiçik sahibkarlığın müəyyən olunmasında bunlar, habelə dövriyyə kapitalının kəmiyyəti, satış bazarlarında sahib olduğu pay kifayət qədər sanballı göstəricilər hesab oluna bilməz. Çünki bunlara əsasən haqqında söhbət gedən hadisəyə tam xarakteristika vermək mümkün deyildir.
.
Dostları ilə paylaş: |