Müəssisələrin həcmini müəyyən edərkən adətən aşağıdakı üç əsas əlamətdən istifadə olunur; 1) işçilərin sayı; 2) istehsal olunan məhsulun dəyəri; 3) əsas kapitalın (əsas istehsal fondlarının) dəyəri.
Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə kiçik sahib-karlıq çoxsaylı xırda mülkiyyətçilər təbəqəsindən ibarətdir. Bunlar xeyli dərəcədə ölkənin sosial-iqtisadi və siyasi inkişaf səviyyəsini müəyyən edir. Ölkənin daxili bazarının demək olar ki, bütün sahələrini əhatə edən və ona yüksək dərəcədə uyğunlaşan kiçik sahibkarlıq iqtisadiyyatın sabit inkişafını təmin edir, siyasi mühitin sabitliyinə təsir göstərir. Kiçik sahibkarlıq işgüzar həyatın ən çevik formasıdır. Ona görə də kiçik sahibkarlıq kütləviliyinə və quruluşunun dinamik ol-masına görə fərqlənir. Hazırda müəssisələrin böyük əksə-riyyəti (90%-dən çoxu) onun payına düşür. Bu fakt belə bir fikir söyləməyə əsas verir ki, kiçik sahibkarlıq olmadan ba-zarın yaradıcı potensialından səmərəli istifadə edilməsi mümkün deyildir. Buradan aydın olur ki, inzibati amirlik iqtisadiyyatından sosial yönümlü bazar iqtisadiyyatına keçid şəraitində kiçik sahibkarlığın formalaşması və inkişaf etdirilməsi iqtisadi siyasətin ən mühüm strateji vəzifələrin-dən biridir.
Orta və iri biznes üçün lazım olan ideyaların əsas his-səsi məhz iqtisadiyyatın bu bölməsində yaradılır və deməli, iri istehsal kiçik sahibkarlığın imkanları ilə tamamlanır. Əmtəə və xidmətlərin həm istehsalçıları, həm də istehlakçı-ları olan kiçik müəssisələr bazarın dəyişən konyukturasına çox həssas və vaxtında reaksiya vermək imkanına malikdir.
Sənaye, ticarət və maliyyə korporasiyalarının timsalın-da iri sahibkarlıq bazar iqtisadiyyatının icbari strukturların-dandır. Beləliklə, ölkədə yüksək səmərəli bazar iqtisadiy-yatının formalaşmasında xüsusi sahibkarlığın inkişaf etdiril-məsi və müdafiə olunması sisteminin yaradılmasının çox böyük əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |