Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Mövzu 3. Mülkiyyət və sahibkarlıq fəaliyyəti.(2 saat)



Yüklə 1,76 Mb.
səhifə24/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   20   21   22   23   24   25   26   27   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

Mövzu 3. Mülkiyyət və sahibkarlıq fəaliyyəti.(2 saat)

Plan
1. Mülkiyyət münasibətlərinin iqtisadi münasibətlər sistemində yeri. Mülkiyyətin obyekti və subyekti.

2. Mülkiyyətin tarixi tipləri və formalar.

3. Sahiblik sərəncamvermə, istifadəetmə və mənimsəmə iqtisadi kateqoriyalardır.

4. Sahibkarlıq fəaliyyətinin məqsədi və formaları.

5. Sahibkarlığın əsas funksiyaları.
1. Mülkiyyət münasibətlərinin iqtisadi münasibətlər sistemində yeri. Mülkiyyətin obyekti və subyekti.
Mülkiyyət münasibətləri insanlar arasında meydana çıxan bü­tün münasibətlərin əsasını təşkil edir. Onun meydana gəlib forma­laş­masını cəmiyyətdən kənarda axtarmaq düzgün olmazdı. Başqa sözlə, cəmiyyətlə heç bir əlaqəsi olmayan, ondan təcrid olunmuş halda meşə­də, yaxud da insan yaşamayan hər hansı bir adada tək-tənha ömür sü­rən şəxsi mülkiyyətçi hesab etmək düzgün deyildir.

Digər tərəfdən, mülkiyyət münasibətləri şeylərlə, birinci növbə­də investisiya əmtəələri, yəni mülkiyyətin ob-yekti ilə əlaqədardır. Mül­kiyyətin obyekti insanların nəyə, hansı nemətlərə, hər şeydən əvvəl in­vestisiya əmtəələrinə sahib olmalarını göstərir. Məsələn, mülkiyyətin obyektinə torpaq, yeraltı sərvətlər, meşələr, sular, dəmir yolları, bank­lar, firmalar (müəssisələr), sığorta şirkətləri və s. daxildir. Deməli, mül­kiyyət münasibətlərini obyektsiz təsəvvür etmək olmaz. Bununla birlik­də, mülkiyyət münasibətlərini mül-kiyyətin obyekti ilə eyniləşdir­mək də düzgün deyildir. Çünki şeylər özlüyündə mülkiyyət deyildirlər, yalnız mülkiyyət münasibətlərinin daşıyıcısıdırlar. Bu deyilənlərdən aydın olur ki, mülkiyyət investisiya əmtəələri və istehlak şeylərinin mənimsənil­mə­sini səciyyələndirən, istehsal, bölgü, mübadilə və istehlak prosesində in­sanlar arasında meydana çıxan və tarixən dəyişən münasibətlər siste­midir.

Iqtisadi amillər istehsal prosesinin həyata keçirilmə-sinin əsası olduğuna görə tarixi inkişafın bütün mərhələ-lərində iqtisadi münasi­bət­lər sistemində investisiya əmtəələri üzərində mülkiyyət münasibətləri başlıca yer tutur. Əmək prosesini həyata keçirən işçi qüvvəsinin inves­tisiya əmtəələri ilə birləşməsinin, müxtəlif sosial qruplar arasında mey­dana çıxan qarşılıqlı münasi­bətlərin xarakteri mülkiyyət münasi-bətlə­rindən asılıdır. Investisiya əmtəə­ləri üzərində mülkiyyət münasibətləri iqtisadi münasibətlərin xüsu­si hissəsi olmaqla, həm də bütün digər iqtisadi münasibətlərin mahiyyətini, xarakterini və inkişafını müəyyən edir. Buradan aydın olur ki, mülkiyyət münasibətlərini bütün iqtisadi münasibət-lərdən fərqləndirmək lazımdır.

Eyni bir mülkiyyət obyekti müxtəlif vaxtlarda müx-təlif mülkiy­yət münasibətlərinin daşıyıcısı ola bilər. Məsə-lən, feodalizmin çərçivə­ləri daxilində meydana gəlib forma-laşmış sənətkarlıq emalatxa­na­ları burjua inqilabının qələbə-sindən sonra kapitalist mülkiyyətinin, kapitalizmin daxilin-də meydana gəlib formalaşmış fabrik və zavodlar isə 1917-ci ildə Oktyabr inqilabının qələbəsindən sonra Sosialist mül-kiyyətinin obyek­ti­nə çevrilmişlər.

Tarixən meydana gələn hər bir mülkiyyət formasının obyekti ilə yanaşı, subyekti də vardır. Mülkiyyətin subyekti dedikdə hər şeydən əvvəl, investisiya əmtəələrinə kimlərin (siniflərin, sosial qrupların, ayrı-ayrı şəxslərin və i.a.) sahib olmaları nəzərdə tutulur. Mülkiyyət hüqu­qunun subyektləri dövlət, yerli dövlət hakimiyyəti orqanları, müəssi­sələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və as­so­siasiyaları, icarə müəssisələri və i.a.) ictimai birliklər və dini təşki­latlar, vətəndaşlardır.

Məlum olduğu kimi, istehsaldan sonrakı mərhələ-lərdə hazırlanmış müxtəlif təyinatlı nemətlər bölünür, mübadilə edilir və istehlaka daxil olur. Bununla əlaqədar olaraq investisiya əmtəələri üzə­rində mülkiyyət münasi-bətləri istehsal olunan məhsullar üzərindəki mülkiyyət münasibətləri ilə tamamlanır.

Beləliklə, mülkiyyət münasibətləri insanların müxtəlif təyinatlı nemətlərə, birinci növbədə investisiya əmtəələrinə sahib olmaları ilə əla­qədar olaraq onların arasında meyda-na çıxan münasibətləri ifadə et­məklə, iqtisadi münasibətlər sistemində başlıca yer tutur.
2. Mülkiyyətin tarixi tipləri və formaları.
Tarixdə mülkiyyətin əsas etibarilə iki tipi – ümumi və xüsusi-məlumdur. Kapitalizmə qədər minilliklər ərzində kənd təsərrüfatı ha­kim sahə, onun maddi şərti-torpaq isə başlıca iqtisadi ehtiyat olmuş­dur. Bununla əlaqədar olaraq, o, dövrdə torpaq üzərində ümumi mül­kiyyət münasibətləri cəmiyyətin həyatında əsas rol oynamışdır.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin