Lakin mülkiyyətin formaları əbədi deyildir, tarixən dəyişir və bu, məhsuldar qüvvələrin inkiaşf səviyyəsindən asılıdır. Məhsuldar qüvvələrin inkişafı, əmək bölgüsünün dərinləşməsi və əmlak bərabərsizliyinin artması prosesində onların nəticəsi kimi xüsusi mülkiyyət meydana gəlib formalaşmış və inkişaf etmişdir.
Xüsusi mülkiyyətin ilk forması quldarlıq mülkiy-yətidir. Bunun əsasını qul əməyinin nəticələrinin mənimsə-nilməsi təşkil edir. Orta əsrlərdə isə hakim mülkiyyət forması feodal mülkiyyəti olmuşdur. Bu mülkiyyətin əsasını şəxsi azadlıqdan məhrum olan asılı təhkimli kəndlilərin istismarı təşkil etmişdir.
Istehsalçıların torpağa bağlılığı ilə əlaqədar olmayan mülkiyyət münasibətləri də feodalizmin çərçivələri daxilində əmələ gəlmişdir. Kəndlilərin xırda xüsusi mülkiyyəti ilə yanaşı, torpaq mülkiyyətindən ayrılmış və feodal asılılığından azad olan, satış üçün məhsul hazırlayan şəhər sənətkarlarının mülkiyyəti də olmuşdur. Sənətkarların xüsusi mülkiyyəti əmtəə istehsalı və mübadiləsi ilə əlaqədar-dır və buna görə də onun subyektləri əmtəə istehsalçılarıdır.
Əmtəə istehsalının inkişafı və bununla əlaqədar olaraq ilkin kapital yığımı nəticəsində meydana gəlmiş kapitalist mülkiyyəti özünün iqtisadi məzmununa görə mülkiyyətin əvvəlki formalarından əsaslı surətdə fərqlənir.
Dostları ilə paylaş: |