Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Gəlirlər nəzərə alınmaqla qiymətləndirmə metodu



Yüklə 1,76 Mb.
səhifə86/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   82   83   84   85   86   87   88   89   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

Gəlirlər nəzərə alınmaqla qiymətləndirmə metodu daha geniş yayılmışdır. Burada əsas etibarilə iki üsuldan istifadə edilir. Bunlardan birinə gəlirlərin kapitallaşdırıl­ması, digərinə isə gələcəkdə əldə edilməsi mümkün olan gəlirlərin (pul axınının) uçotu (diskont edilməsi)1 deyilir. Gəlirlərin kapitallaşdırılmasının mahiyyəti ondan ibarətdir ki, obyektin bazar dəyəri pul gəlirləri ilə düz, gözlənilən pul gəlirləri ilə isə tərs mütə­nasibdir. Yəni:
B D = R : r
Burada: BD – bazar dəyərini, R – illik gəliri, “r” isə gözlənilən gəliri göstərir.

Gəlirlərin kapitallaşdırılması obyektin faizlə ifadə olunan gə­lir­lilik səviyyəsi, başqa sözlə, mənaca diskont də-rəcəsinə yaxın, lakin ona bərabər olmayan göstəricidir. Bu metod bir neçə il ərzində sabit və dəyişməz məbləğdə gəlir götürüldükdə müəyyən məna kəsb edir. Bu me­toddan da-şınmaz əmlakın qiymətləndirilməsində daha geniş istifadə edilir. Məsələn, tutaq ki, Bakı şəhərində ayda 300 dollar kirayə alın­maqla 3 otaqlı mənzil 5 il müddətinə kirayə verilmişdir. Gözlənilən illik gəlir dərəcəsi 10%-ə bərabərdir. Bu o deməkdir ki, illik gəlir 3600 dollar olmaqla, həmin mənzilin bazar dəyəri 36 min dollara bərabərdir.

Pul axınının uçotu (diskont edilməsi) metodu, ob-yekti (müəs­si­səni) satın alan investor tərəfindən gələcəkdə əldə ediləcək pul gəliri haqqında proqnoza əsaslanır. Bu hesablamada bankın faiz dərəcəsi müəyyənedici rol oynayır. Onun əsasında investisiya layihələrindən gələcək-də əldə ediləcək gəlir (%-lə) hesablanır. Bu zaman aşağıda-kı düsturdan istifadə olunur:

D = Dt : (1+r)

Burada: D – kapital aktivinin diskont edilmiş cari dəyərini, Dt – t qədər ilə bərabər olan dövr üzrə qoyulmuş investisiya vəsaitindən gə­ləcəkdə əldə edilməsi nəzərdə tutulan gəliri; “r” – bank faizi norma­sını göstərir.

Sənayeyə və digər sahələrə qoyulan investisiyalara görə əldə edilən illik gəlir banka qoyulan depozitə (əmanətə) görə verilən bank faizindən çox olduqda iqtisadi məna kəsb edir. Investisiya haqqında qərarlar qəbul edilərkən cari məqamda bazarda satın alınan investisiya əmtəələrinin qiymətləri, faiz norması, bu əmtəələrin istifa-dəsindən əldə edilən illik gəlir, xidmətetmə müddəti başa çatdıqda onların qalıq də­yə­ri ilə satılması imkanları kimi parametrlər əsas götürülür. Bu metodun üstünlüyü ondadır ki, o, diskont dərəcəsi vasitəsilə bazarın gələcək kon­yuktu-rasını nəzərə alır. Onun çatışmazlığı isə proqnozun hazır-lanma­sındakı çətinliklərlə əlaqədardır.




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin