Sahibkarlıq iqtisadi fəaliyyətin əsas sahələrindən biri olmaqla, demək olar ki, iqtisadiyyatın bütün sahələrində geniş yayılmışdır. Sahibkarlıq mənfəət əldə edilməsinə yönəldilən təşəbbüskarlıq fəaliyyətinin formalarından biri olduğuna görə təkrar istehsalın fazaları (istehsal, bölgü, mübadilə və istehlak) ilə əlaqədardır və aşağıdakı yollarla reallaşdırıla bilər:
1) Bilavasitə istehsal funksiyalarının həyata keçiril-məsi- əmtəələrin, xidmətlərin, informasiyaların, biliklərin «istehsalı»;
2)Vasitəçilik funksiyalarının həyata keçirilməsi- əmtəə və xidmətlərin istehsalçılardan istehlakçılara çatdı-rılmasına xidmət göstərilməsi;
3)Maliyyə sahəsində tədavülə, dəyərlərin mübadilə-sinə yönəldilmiş funksiyaların yerinə yetirilməsi.
Sahibkarlıq fəaliyyətinin bu formalarının hər biri müstəqil olmaqla yanaşı, həm də bir-birini tamamlayır.
Təsərrüfatçılıq edən subyektlərin iqtisadi mənafeləri və aparılan iqtisadi islahatlara olan münasibətləri də bir-birindən fərqlənir. Lakin buna baxmayaraq sahibkarların ümumi maraqları da vardır. Bu, ondan ibarətdir ki, sahibkarlar iqtisadi mühitin əlverişli olmasını, sahibkarlıq haqqında müsbət ictimai şüurun formalaşmasını, bütün səviyyələrdə hakimiyyətlə tərafdaşlığın sahmana salınma-sını istəyirlər.
Dostları ilə paylaş: |