Mülkiyyət münasibətlərindən bəhs olunduqda xüsusi mülkiyyəti yaddan çıxarmaq olmaz. Çünki ölkəmizdə, mülkiyyətin qanunla müəyyən edilmiş formalarından biri də xüsusi mülkiyyətdir. Xüsusi mülkiyyət dedikdə, bəzi hallar-da dövlətə məxsus olmayan istənilən mülkiyyət forması nəzərdə tutulur. .
Vətəndaşların mülkiyyətində aşağıdakılar ola bilər: torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmet-ləri; pul vəsaiti; səhmlər, istiqraz vərəqələri və başqa qiymət-li kağızlar; kütləvi informasiya vasitələri, nəqliyyat vasitə-ləri, avadanlıq, sahibkarlıq fəaliyyəti sahələrində binalar, tikililər və başqa investisiya əmtəələri. Vətəndaşlar bunları idarə etmək və sərəncam vermək hüququna malikdirlər.
«Mülkiyyət haqqında» Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli qanununda nəzərdə tutulmuş mül-kiyyət formalarının qısa səciyyəsi belədir. Lakin 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaybaycan Respublikasının Konstitusiyasında ölkəmizdə aşağıdakı mülkiyyət növlərinin yaradılması nəzərdə tutulmuşdur: 1) Dövlət mülkiyyəti; 2) Bələdiyyə mülkiyyəti; 3)Xüsusi mülkiyyət. Göründüyü kimi, ölkəmizin əsas qanununda bələdiyyə mülkiyyəti kallektiv mülkiyyətin tərkibində deyil, mülkiyyətin xüsusi növü kimi göstərilmiş, kollektiv mülkiyyətin isə adı çəkilmir.
. Bütün mülkiyyət formalarının həm müsbət, həm də mənfi cəhətləri vardır. Odur ki, onlardan birinin mütləqləşdirilməsi inhisarın meydana gəlməsinə doğru aparır, istehsalın səmərəliliyinin azalmasına səbəb olur. Ona görə də dövlət, mülkiyyətin müxtəlif formalarının inkişafı üçün bərabər şərait yaradır və onların müdafiəsini təmin edir. Mülkiyyət hüququnun həyata keçirilməsində mülkiyyətin formasından asılı olaraq məhdudiyyətlərə və ya üstünlüklərə yol verilmir.
Mülkiyyət formalarının müxtəlifliyi qarşılıqlı rəqabəti zəruri edir ki, bu da onların daha da təkmilləş-dirilməsi üçün stimul yaradır. Deməli, mülkiyyətlərin plüralizm şəraitində, onların hər hansı birinin həyatda öz üstünlüklərini göstərməklə qərarlaşması daha məqsədəuyğundur. Bu, o deməkdir ki, mülkiyyətin yeganə olan bir tipini onun yeganə olan digər bir tipi ilə əvəz etmək olmaz. Bu sahədə də plüralizm sözdə yox, işdə olmalıdır.
Dostları ilə paylaş: |