Mövzu iQTİsadi resurslarin və GƏLİRLƏRİn dövr etməSİ


Bazar təsərrüfat sisteminin iqtisadi məqsədləri



Yüklə 34,56 Kb.
səhifə2/4
tarix25.11.2023
ölçüsü34,56 Kb.
#134264
1   2   3   4
MÖVZU 5

5.2. Bazar təsərrüfat sisteminin iqtisadi məqsədləri
Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Ancaq burada satıcı – əmtəə – pul – alıcı iştirak edir. Bu artıq iqtisadi əlaqə formasıdır, yəni əmtəə-pul tədavülüdür. Burada satıcının marağı əlində olan əmtəəsini pula çevirməkdir, alıcının marağı əlində olan pula özünə lazım olan faydalı neməti əldə etməkdir. Bu prosesdə əmtəə və pul satıcı ilə alı­cı­nın münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əmə­liy­yatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur.
Bazarda tərəflər münasibətə girirlər və bu münasibətlər çoxsaylı bazar subyektlərinin münasibətləridir və sistem halındadır. Deməli, bazar iqtisadi münasibətlər sistemidir və onların öz qanunları vardır ki, bazar münasibətləri həmin qanunlarla idarə olunur, tənzimlənir.
Beləliklə, bazar – ictimai əmək bölgüsünə və mülkiyyətin müxtəlif formalarına əsaslanan spesifik fəaliyyət sferası olub, əmtəə – pul vasitəsilə münasibətdə olan alıcı və satıcıların iqtisadi mənafelərinin (maraqlarının) reallaşdırılmasına xidmət edən mürəkkəb iqtisadi mexanizmdir.
Bazar qədər insanları, xalqları, ölkələri birləşdirən ikinci bir vasitə yoxdur. Milli təsərrüfatlar bazar vasitəsilə bütövləşir və formalaşır. Milli təsərrüfatlar da bazar əlaqələrinə girərək dünya təsərrüfatını yaradır.
Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır. Ölkələr arasında iqtisadi əlaqələrin yaranması və genişlənməsi dünya bazarının yaranmasına səbəb olmuşdur.
Coğrafi yerləşməsinə, əhatə dairəsinə görə müxtəlif bazarların yaranması əmtəə istehsalının artması, əmək bölgüsünün dərinləşməsi, nəqliyyat və rabitə vasitələrinin inkişafı nəticəsində mümkün olmuşdur.
Müasir dünyada, ayrı-ayrı milli təsərrüfatların və beynəlxalq iqtisadi əlaqələrin genişlənməsində bazarların rolu getdikcə artır və funksiyaları çoxalır. Bu əmtəə-bazar təsərrüfatının qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri nəticəsində baş verir. Belə ki, 1) istehsal sferasında müntəzəm olaraq faydalı məhsullar yaradılır ki, bunlarda daim bazara çıxır və alqı-satqı obyekti olur. 2) hazırlanmış hər bir məhsul potensial gəlir mənbəyidir və hökmən reallaşdırılmalıdır. 3) əmək bölgüsünün mövcud olması bazar vasitəsilə mübadilənin olmasını zəruri edir. Bununla yanaşı bazar da öz növbəsində əmtəələrin yaradılması prosesinə əks təsir göstərir və istehsalla əks əlaqə yaranır. I.Bu bazarın əsas funksiyalarından biridir – əks iqtisadi əlaqə yaratmaq funksiyası. II.Bazarın ikinci funksiyası istehsal sferası ilə istehlak sferasını birləşdirmək, deməli, istehsalçı ilə istehlakçını qovuşdurmaqdan ibarətdir. III.İstehsalın son nəticələri üzərində əsas nəzarətçi olmaq funksiyası. Bu nəzarət kəmiyyətə və keyfiyyətə nəzarətdir. IY.İqtisadi münasibətlərin reallaşdırılmasına xidmət funksiyası. Bazar mübadiləsi istehsalçı və istehlakçıların öz maraqlarının həyata keçirilməsi üsuludur. Burada prinsip belədir: «Mənə lazım olanı, mənə ver, sən isə sənə lazım olanı alarsan» (A.Smit). Y.Bazarın tənzimləyici, bölüşdürücü, qiyməti formalaşdırmaq, təmizləyici kimi funksiyaları da vardır.
Bazar münasibətləri iqtisadi sisteminin ayrı-ayrı ölkələrin təsərrüfat həyatında tətbiq olunan müxtəlif modelləri, yaxud variantları vardır. Ümumiyyətlə model dedikdə, öyrənilən obyekt haqqında tədqiqat üçün mühüm olmayan xüsusiyyətlərin kənarlaşdırılması, yaxud sadələşdirilməsi hesabına yaradılması nəzərdə tutulur. İqtisadi nəzəriyyədə isə model anlayışı, iqtisadi proseslərin sxem formasında təsviridir.
Modellər bir-birindən: a) istehsalın təşkilinə; b) onun maddi-texniki bazasına; c) ölkənin iqtisadi resurs və sərvətlərinə; ç) qarşılaşdığı sosial-iqtisadi problemlərinə; d) əhalinin mentalitet xüsusiyyətlərinə; e) ümumi mədəni inkişafının səviyyəsinə görə fərqlənirlər. Müasir dünyanın təsərrüfat həyatında fəaliyyət göstərən modellər sırasında aşağıdakıları qeyd etmək olar:

  • Amerika modeli.

  • İsveç modeli.

  • Alman modeli.

  • Avstriya modeli.

  • Yapon modeli.

  • Cənubi Koreya modeli.

  • Çin modeli.

Dünyanın bir sıra ölkələrində yuxarıda göstərilən iqtisadi-sosial inkişaf modellərinin özündən, yaxud ayrı-ayrı modellərin konkret cəhətlərindən, hətta vaxtilə istifadə olunmuş modeldən (onun ünsürlərindən) başqasına keçmək, həmin modelə nəyi isə əlavə etmək, bəzən isə müəyyən xüsusiyyətlərindən imtina etmək təcrübəsi olmuşdur.

Yüklə 34,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin