Yazı vasitə və ləvazimatları
Yazının keyfiyyətinin yaxşı olmasında yazı ləvazimatının düzgün seçilməsi mühüm rol oynayır. İbtidai təlim sistemi tarixində müxtəlif növ yazı ləvazimatından istifadə edilmiş, zaman keçdikcə bu ləvazimatlar təkmilləşdirilərək dəyişdirilmişdir.
Şagirdlərin təfəkkür fəaliyyətinə əsaslanan və təlim tapşırıqlarının sürətlə yerinə yetirilməsinə xidmət edən təlim sistemi yazı ləvazimatının dəyişdirilməsi vəzifəsini irəli sürdü: I sinifdə ikimil seyrək torlu, II sinifdən etibarən təkcızıq dəftərdən istifadə edilməsi məsləhət görüldü, adi qələmin mürəkkəblə işləyən avtomat şagird qələmi ilə (sonralar diyirçəkli qələmlə) əvəz olunması qərara alındı.
İbtidai siniflərdə, xüsusilə I sinifdə karandaşla yazmağa icazə verilməməlidir. Yazıya birbaşa tünd bənövşəyi rəngi olan qələmlə başlamaq lazımdır. Dəftərin kağızı sarı çalara malik ağ rəngdə olmalıdır.
Savad təlimi dövründə yazı ikimil seyrək torlu dəftərdə aparılmalıdır. Müəllim uşaqları dəftərlə, onun cildi, xətlənməsi, sətir xətti ilə tanış etməlidir. Bununla yanaşı, dəftər və qələmdən istifadə qaydası da başa salınmalı, qələmi düzgün tutmaq qaydası da öyrədilməlidir.
Hazırda yazı vasitə və ləvazimatı aşağıdakılardan ibarətdir: dəftər, qələm, yumşaq qrafitli qara karandaş, rəngli karandaşlar, diyircəkli şagird qələmi, «Hüsnxət», «İş dəftəri», «Yazı nümunələri», dərs vəsaitləri, kalliqrafiya cədvəlləri, şəkilli əlifba, yazılı şriftlərlə kəsmə əlifba.
Dostları ilə paylaş: |