Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Yazıya verilən gigiyenik tələblər



Yüklə 302,66 Kb.
səhifə11/111
tarix01.01.2022
ölçüsü302,66 Kb.
#104905
1   ...   7   8   9   10   11   12   13   14   ...   111
Yazıya verilən gigiyenik tələblər

İbtidai siniflərdə, xüsusən I sinifdə yazıya verilən gigiyenik tələblərə riayət olunması vacib sayılır. Bu tələbləri Yəhya Kərimov belə adlandırır:



  1. Uşağın əyləşdiyi parta onun boyuna uyğun olmalıdır ki, qamətin düzgünlüyünü qorumaq mümkün olsun.

  2. Yazarkən düz əyləşmək, çiyinləri bərabər səviyyədə saxlamaq, sinəni partanın kənarına söykənməmək, sağ əllə yazarkən başı əzca aşağı və sola, sol əllə yazanda isə sağa əymək, dəftərlə göz arasında 25-30 sm məsafə saxlamaq lazımdır.

  3. Dəftər şagirdin qarşısında elə qoyulmalıdır ki, üzərində iş gedən səhifənin sol küncü döşün ortasına istiqamətlənsin. Dəftərin aşağı kənarı ilə partanın kənarı 250-yə bərabər bucaq əmələ gətirməlidir.

  4. Yazı zamanı otaq yaxşı işıqlandırılmalı, dəftərə işıq sol tərəfdən (sol əllə yazan üçün sağ tərəfdən) düşməlidir ki, yazan əl işığın qarşısını kəsməsin.

  5. Qələm üç barmaqla tutulmalıdır: baş, şəhadət və orta barmaqla. Adsız və kiçik barmaq ovucun içinə əyilməlidir. Barmaqlarqələminucundan 1-1,5 smaralıqalmalıdır.

  6. Hər iki qol partanın üstünə qoyulmalı, dirsəklər partanın kənarından bir qədər çıxmalıdır ki, biləyin rahat hərəkət etməsi mümkün olsun. Sağ əllə yazdıqca, sol əl yavaş-yavaş dəftəri qabağa tərəf itələməlidir.

  7. Ayaqlar düzbucaq şəklində az bükülməli, pəncələr partanın ayaq altısına və ya döşəməyə qoyulmalıdır. Ayaqların sallanmasına və ya bir-birinin üstündən aşırılmasına yol verilməməlidir.

  8. Yazı işi uzun müddət davam etməməli, uşaqların yorulmalarına yol verilməməlidir.

Metodik ədəbiyyatda I sinif üçün 5-7 dəqiqə fasiləsiz yazı verilməsi, IV sinifdə bu normanın 18-20 dəqiqəyə çatdırılması məsləhət görülür. Həm də bu prosesdə 8-10 dəqiqədən sonra şagirdlərin, xüsusən, onların bilək, əl, barmaq əzələlərinin istirahəti üçün fasilə – idman hərəkəti tətbiq edilməsi faydalısayılır.

Bir yazı dərsinin nümunəsi. Dərsin mövzusu: m hərfi



Dərsin planı: 1) m səsinin təkrarı. 2) Hərfin yazılı və çap şəklinin müqayisə edilməsi. Bu məqsədlə əlifba cədvəlindən, hərfin yazı taxtasında yazılmasından, yazılı kəsmə əlifbadan, nümunələrin uşaqlar tərəfindən plastilindən hazırlanmasından istifadə olunur. m hərfinin elementlərinə ayrılması, iş dəftərində və yazı taxtasında göstərilməsi. 3) Bazuönünün, biləyin, barmaqların inkişafı üçün gimnastik 14 təmrinlər. 4) Hərfin yazılması üzrə məşq; 5) Fiziki mədəniyyət dəqiqəsi; 6) Tərkibində m hərfinin olduğu sözlərin yazılması; 7) Dərsin yekunlaşdırılması. Dərsin gedişi: Müəllim: - Keçən dərsdə hansı yeni səsi öyrəndiniz? - Bu səs hansı hərflə ifadə olunur? ( m hərfi ilə) - Həmin hərfin sözün əvvəlində, ortasında və axırında işlənməsinə dair misallar deyin. - Kəsmə əlifbanın içərisindən m hərfini tapıb göstərin. - Bu m hərfinin çap şəklidir. İndi isə onu yazmağı öyrənək. - Uşaqlar, baxın, m hərfi hansı elementlərdən ibarətdir? - Tabaşiri yuxarı sətir xəttinin üzərində mail xəttin üstünə qoyub, həmin xətt boyu aşağı çəkirəm. Tabaşir aşağı sətir xəttinə çatanda saxlayıram. Sonra çəkdiyimizin xəttin ortasından başlayaraq yuxarıya doğru çəkilən, sonra mail şəklini alan aşağıya doğru yönələn ikinci paralel xətti çəkirik. Üçüncü xətt isə ikincinin təkrarı olaraq çəkilir, aşağıdan sağa doğru istiqamətlənir. Yazmazdan əvvəl yazı zamanı necə əyləşmək, əlləri, ayaqları necə qoymaq, başı, sisəni saxlamaq, dəftəri düzgün qoymaq, qələmi necə tutmaq qaydaları bir də təkrarlanır. Sonra müəllimin komandası altında şagirdlər sağ əlin şəhadət barmağını 6-7 dəfə qaldırıb endirirlər. Müəllim: - Uşaqlar, dəftəri maili qoyun. Elə edin ki, onun sol küncü sinənizin 15 ortasına tuşlansın. Hərfi yazmağa başlayın. Elə yazın ki, dəftərdəki nümunə mənim yazı taxtasındakı yazdığıma oxşasın. Sonra müəllim şagirdlərin yazdıqlarına baxıb, əlavə göstərişlər verir. Hərfdən üç sətir yazıldıqdan sonra ma am hecalarını və mal, mala sözlərini yazırlar. İş başa çatır. Müəllim ən yaxşı yazanların dəftərlərini nümunə kimi nümayiş etdirir.


Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin