Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Yazılış çətinliyi ümumi orfoqrafik qaydalarla müəyyənləşə bilməyən ümumi xarakterli orfoqramlar



Yüklə 302,66 Kb.
səhifə102/111
tarix01.01.2022
ölçüsü302,66 Kb.
#104905
1   ...   98   99   100   101   102   103   104   105   ...   111
2.Yazılış çətinliyi ümumi orfoqrafik qaydalarla müəyyənləşə bilməyən ümumi xarakterli orfoqramlar.Dilimizdə elə sözlər var ki, onların yazılışında çətinlik vardır. Buraya qəhrəman, bəxtəvər, qabiliyyət,bünövrə ,bənövşə, peşman, bərabər, mətifət kimi sözləri aid etmək olar.Orfoqrafiya öyrənmək üçün istifadə ediləcək metod priyom və iş növlərini seçərkən ,birinci növbədə,bunların xarakterini nəzərə almaq lazımdır.Birinci tip çətin orfoqramlı sözləri öyrətmək üçün orfoqrafik və orfoepik təhlillərdən paralel şəkildə istifadə etmək və bunlara müvafik çalışmalar üzərində şagirdləri işlətmək lazım gələrsə, şagirdlərin diqqətini səhv edilə biləcək nöqtəyə cəlb etmək lazım gəlir.Məsələn,qəhrəman sözündə şagirdlərin diqqəti sözdəki ikinci ə saitinə cəlb olunmalıdır.Çünki şagirdlər ən çox bu səsin yazılmasında səhvə yol verirlər(qəhrəman əvəzinə qəhraman yazırlar).Peşiman sözündə şagirdlərin diqqətini bu sözdəki səs və həriflərin sayına cəlb etmək lazımdır.Demək lazımdır ki, peşman sözü iki hecadan və 6 səsdən ibarətdir.Ş samitindən sonra i hərfi yazılmır.Bu xarakterli sözlərin düzgün yazılışını öyrətmək üçün üzündənköçürmə yazılardan ,lüğət üzrə imladan istifadə daha faydalıdır.

Bütün qaydaların öyrədilməsində morfemi analız və sintez etməyə imkan verən orfoqrafik təhlillərə geniş ehtiyac vardır.Belə təhlillərdən həm xüsusi həm də ümumi xarakterli orfoqramların öyrənilməsi üçün istifadə etmək mümkündür.Birinci halda,orfoqrafik təhlil orfoepik təhlillə paralel şəkildə aparılır.İkinci halda isə orfoepik təhlillə əlaqə nisbətən zəif olur.Hər hansı orfoqrafik qaydanın və ya orfoepik qaydaların öyrədilməsində iki mühüm mərhələ vardır.Bunlardan birincisi qaydanın öyrədilməsi və yaddaşda möhkəmləndirilməsindən, ikinci avtomatlaşdırma üçün təmrinlərdən ibarətdir.Birinci mərhələnin özü də iki mərhələyə ayrıla bilər. Birinci mərhələnin ilk fazasında qaydalar şagirdə şüurlu surətdə mənimsədilir,başa salınır.Bu fazada qaydaların sistem halında öyrənilməsi faydalıdır.Bu zaman əyani vasitələrdən istifadə faydalı ola bilər.İkinci faza birinci fazadan ayrılmasa da, başqa vəzifə daşıyır.Bu fazada şagirdlərin yadda saxlamaları üçün zəruri iş növlərindən istifadə edilir.Məsələn,ilk dərsdə saitlərin orfoqrafiyası ilə əlaqədar beş qayda əyani vasitə əsasında izah edilir və şagirdlərə bu qaydalara əsasən sözlərin yazılış formaları şərh olunur.Bu qaydalar hansı əyani vasitə üzrə şərh edilirdisə, həmin əyani vasitə o gündən etibarən Azərbaycan dili kabinəsindən asılır və orada qalır.Bundan sonra şagirdlər həmin qaydaları yadda saxlamağa ,hətta əzbərləməyə, sonra bu qaydaları yazıya tətbiq etməyə başlayırlar.Bu dərsdə və dərsdən sonra bir neçə dərsdə həmin sözlərlə zəngin olan rabitəli və rabitəsiz mətnlər üzərində müxtəlif çalışmalarla iş aparılır. Bununla da birinci mərhələnin hər iki fazasındakı iş başa çatdıqdan sonra,ikinci mərhələ üzrə işə- öyrədici və yoxlayıcı yazıların aparılması işinə başlanılır.Həmin yazı işləri yoxlanılır,qiymətləndirilir və buraxılan səhvlər üzərində təkrar-təkrar işlər gedir.

Avtomatlaşdırma işləri təkcə dil dərsləri ilə məhdudlaşdırıla bilməz.Oxu dərslərində həmin xarakterik sözlərin yazılış formalarının şagirdlər tərəfindən izah olunması,həmin sözlərin yazılmasında hansı qaydaya əməl edildiyi şərh olunmalıdır.Digər fənn müəllimləri də bu cəhətə diqqət yetirmiş olsa,avtomatlaşdırma daha tez həyata keçirilə bilər.

Orfoqrafiya təlimi dövründə müxtəlif təfəkkür fəaliyyətinə istinad edən çalışmalardan istifadə olunur.Bu rəngarəng çalışmaların hər birinin xarakterini,savadlı yazının təmin olunmasına nə verdiyini ,hər bir yazı ilə əlaqədar hansından istifadə olunmasının daha əlverişli olduğunu,yazdırılma metodikasını bilmədən müvəffəqiyyət qazanmaq mümkün deyil.Yazılı çalışmaların əksəriyyəti dil dərslərində tək-tək hallarda bütöv dərs ərzində yerinə yetirilməlidir.

Orfoqrafik cəhətdən düzgün yazı vərdişlərinə yiyələnməkdə dil dərslərində istifadə edilən müxtəlif yazı işlərinin müstəsna əhəmiyyəti vardır.Dil dərslərində istifadə edilən yazı işlərini müxtəlif metodistlər müxtəlif əsaslarda təsnif etmişlər.Biz bu bölgülərlə öz münasibətimizi bildirmədən dil dərslərin istifadə edilən bütün yazı işlərini,birinci növbədə ,iki yerə ayırırıq:

1.Yalnız şagidlərin orfoqrafik cəhətdən düzgün yazı vərdişlərini inkişaf etdirən yazılar.

2.Düzgün yazı vərdişlərini inkişaf etdirməklə bərabər şagirdlərin rabitəli nitq vərdişlərini,müstəqil düşüncəsini və əməli fəaliyyətini formalaşdıran yazılar.

Birinci qrup yazılara:



  1. Orfoqrafik lüğətlərlə iş

  2. Üzündənköçürmə və əzbər yazılar

  3. Müxtəlif növ imlalar(mətn dəyişikliyi edilən və edilməyən)aid edilə bilər.

Yoxlama imla istisna edilməklə digər yazı növləri öyrədici xarakter daşıyır.

Hərfləri yazmağı və bitişdirməyi bacaran hər bir uşaq üzdən köçürməyə hazır olur. Uşinski haqlı olaraq üzündən köçürmədə şüurluluq prinsipi əsas götürülür. Bu yazıda şagird sözün hərf tərkibinə diqqətlə baxır, sözün səs və hərf tərkibini aşkar edir, sonra yazır. Bu yazını bütöv sözlərlə yazmaq daha düzgündür. Şagirdlərdə diqqətliliyi tərbiyə etmək üçün bir dəfə oxumaqla sözün yadda saxlanılmasına nail olmaq lazımdır. Üzündənköçürməyə yaradıcı xarakter verməklə işi səmərəli təşkil etmək mümkündür. Bu məqsədlə müxtəlif priyomlardan istifadə edilə bilər.



  1. Mətnin üzünü köçürüb lazımi orfoqramın altından xətt çəkmək.

  2. Seçmə üzündən köçürmək.

  3. Qruplaşdıraraq üzündən köçürmək və s.

Müəyyən vərdişdən sonra şagirdləri yaradıcı işə cəlb etmək olar.

Üzdənköçürmə xarakterli çalışmalardan ibtidai siniflərdə çox istifadə edilir. Yazılı çalışmaların əksəriyyəti dil dərsinin bir hissəsində, tək-tək hallarda bütöv dərs ərzində yerinə yetirilməlidir.



I. Müəyyən orfoqrafik qaydaların şagirdlərə öyrədilməsinə xidmət edən öyrədici imlalar aşağıdakı növlərə ayrılır:



İmlanın ayrı-ayrı növlərinə aid xüsusiyyətləri nəzərdən keçirək:

2.1.Xəbərdarlıqlı imla. Orfoqrafiya təlimində istifadə edilən ən səmərəli çalışmalardan biri olan bu imla da şagirdlərin səhvə yol verə biləcəkləri hər bir hal əvvəlcədən xəbər verilir. Öyrədicilik məqsədi daşıyan xəbərdarlıq mətnin yazılmasınadək aparılır.

2.2. İzahlı imla. Bu imla da baş verə biləcək səhvlər haqqında xəbərdarlıq imla yazıldıqdan sonra aparılır.

2.3. Kommentarili yazı (imla). Yazılı çalışmanın bu növündə yol verilə biləcək səhvlər haqqında izahat yazı prosesində gedir.

2.4. Görmə imla. Bu imla həm görmə, həm də eşitmə qavranışına istinad edir. Görmə imla xarakterinə görə üzündənköçürməyə yaxındır. Sadəcə olaraq imlanın bu növündə mətnin təhlilindən sonra üstü örtülür. Şagirdlər diktə olunanı yazırlar. Sonra mətnin üstü açılır, şagirdlər verilən mətnlə yazdıqlarını yoxlayırlar.

2.5. Seçmə imla.Yazı prosesində şagirdlər oxunan mətndən yalnız tərkibində öyrədilməsi Kommentarili yazı (imla). lazım gələn sözlər və ya ifadələri seçib yazırlar.

2.6. Lüğət üzrə imla. İmlanın bu növü həm orfroqrafiya təlimi, həm də lüğət üzrə işlə əlaqədardır. İmla zamanı proqramdakı yazılışı çətin və yeni keçilmiş qaydaya dair orfoqramın olduğu sözlərdən istifadə edilir, çətinliklər nəzərə çatdırılır, sonra sözlər aramla ədəbi tələffüzə uyğun şəkildə diktə edilərək yazdırılır.

2.7.Yaradıcı imla. Bu çalışma növü şagirdlərin müstəqil fəaliyyət göstərmələrini təmin edir, həm orfoqrafiya təlimi, həm də nitq inkişafına xidmət edir. O, şairdləri ifadə və inşa yazmağa hazırlayır.

2.8. Sərbəst imla. İmlanın bu növü xarakterinə görə ifadəyə yaxın olmaqla həm orfoqrafiya təlimi, həm də rabitəli nitqin inkişafına xidmət edir.

Bu prosesdə mətn hissə-hissə oxunur. Məzmunla tanışlıqdan sonra oroqrafik təhlil aparılır. Şagirdlər oxunmuş hissəni yadda saxlayıb öz sözləri ilə yazırlar. Bu imladan III-IV siniflərdə istifadə olunması məsləhət görülür.

2.9.Əzbər yazı. Bu imlada mətn əzbərləndikdən sonra şagirdin daxili nitqinin köməyi ilə dodaqaltı diktə edilərək yazılır. Çalışmanın bu növü «Öz-özünə imla» da adlandırılır. Əzbər yazı şagirdin öz-özünü yoxlama vasitəsi, özünə inam yaratma vasitəsi hesab olunur.



II. Yoxlama imla. İmlanın bu növü müəllim köməyindən, demək olar ki, məhrum olmuş çalışma növüdür. Bu imladan məqsəd şairdlərin orfoqrafik və qrammatik biliklərini, öyrədici yazıların nəticəsini yoxlamaqdan ibarətdir.

Yoxlama imlanın mətni rabitəli olmalı, imla ədəbi tələffüz normlarına uyğun diktə edilməlidir. Yoxlama yazılar şagirdlər həqiqətlilik, şüurluluq tərbiyə edilməsinə şərait yaradır. Müəllimdən kömək ala bilməyən şagird düşünür, müstəqil nəticə çıxarmağa səy göstərir.Avtomatlaşdırma işində yazıların rolu. Ibtidai siniflərdə ana dilinin tədrisi metodikasının ən mühüm sahələrindən biri orfoqrafiya təlimidir. Orfoqrafiya qaydaları fikri vahid bir yolla yazıda ifadə etməyə kömək edən qaydalar sistemidir. Orfoqrafiya düzgün yazmağı, ayrı-atrı sözləri və onların hissələrini birləşdirib yazmaq qaydalarını öyrədir. Şagirdlərlə müntəzəm olaraq orfoqrafiya təlimi aparmaq məktəb proqramının qarşıya qoyduğu ən mühüm tələblərdən biridir. Şagirdlərin öz fikirlərini müstəqil ifadə edə bilməsi üçün, onlar ilk növbədə savadlı yazmağı bacarmalıdırlar. Məsələn, şagirdlər imla yazı zamanı çox səhv etmədikləri halda, müstəqil xarakterli yazılarda çoxlu səhvlərə yol verirlər. Bu onunla bağlıdır ki, müstəqil yazılar zamanı şagirdlər lazımi sözləri tapmaqda çətinlik çəkir, fikirlərini buna cəmləyir, nəticədə orfoqrafik tələblərdən uzaqlaşaraq səhvlərə yol verirlər. Buna görə də təlim prosesində orfoqrafiyanı nitq prosesi ilə bağlamaq, şagirdlərə orfoqrafiya qaydalarını yazıda tətbiq etməyi öyrətmək lazımdır. Bu işdə müxtəlif təmrinlərdən istifadə etmək vacibdir. Məsələn, onları yazı zamanı fikirlərini formalaşdırıb yığcam şəklə salan təmrinlərə yiyələndirmək müsbət nəticə verir. Belə ki, bu iş şagirdləri müstəqil yazı işinə yaxınlaşdırır, orfoqrafiya məşğələlərinin maraqlı keçirilməsində mühüm rol oynayır. Orta məktəbdə əsas vəzifələrdən biri də şagirdlərə düzgün şifahi və yazılı nitq bacarığı qazandırmaqdır. Bunun üçün, maraqlı və məzmunlu mətnlərin surəti köçürülməli, əzbərlədilmiş müxtəlif şeir və hekayələrin əzbər yazdırılması və s. başqa yollarla yazılı nitq üzərində şagirdləri işlətmək yaxşı nəticələr verir. Orfoqrafiya təlimi elmi əsaslar üzrə və sistemli şəkildə aparılmalıdır. Bunun üçün aşağıdakı tələblərə riayət olunmalıdır:  Şüurluluq. Orfoqrafiya təlimi nəzəri biliklərin təcrübədə tətbiqini tələb edir. Şüurluluq ayrı-ayrı orfoqramların mənalarının şagirdlər tərəfindən başa düşülməsini tələb edir. Müəllim çalışmalıdır ki, şagirdlər yazdlqları hər bir sözün mənasını başa düşmək vərdişlərinə yiyələnsinlər. Bunun üçün, əlbəttə ki, qrammatik-orfoqrafik qaydaları bilmək, qrammatik bilikləri möhkəmləndirən və yazı qaydalarını avtomatlaşdıran çalışmalar lazımdır. Şagirdlər bu qaydaları mənimsədikcə onların yazı qaydalarının gözlənməsi vərdişi adət şəklinə düşür və tapşırıqları qrammatik qaydalara istinad etmədənavtomatik şəkildə, ani bir tərzdə yerinə yetirməyi bacarırlar. Məsələn, sözlərin kök və şəkilçiyə ayrılması, yəni qrammatik təhlil şagirdlərin sözlərin düzgün yazılışını şüurlu şəkildə anlamasını təmin edən üsullardan biridir. Bu, xüsusən də sonu k, q ilə bitən sözlərə saitlə başlayan hal şəkilçilərinin yazılışında baş verən dəyişikliyin anlaşılmasını asanlaşdırır. Şagird qaydanın mənasını anlaya bilirsə, avtomatik şəkildə tez, düzgün və şüurlu yaza bilir.

 Tədricilik və ardıcıllıq. Tədricən və ardıcıl, yəni sistemli şəkildə öyrədilən qrammatik-orfoqrafik qaydalar onların yaxşı mənimsə-nilməsini təmin edir. Vaxaşırı olaraq, öyrənilmiş orfoqramların möhkəmlənməsinə həsr olunmuş çalışmalar üzərində iş aparılmalıdır. Bundan başqa, təkrar xarakterli çalışmalara da yer ayrılmalıdır.

 Çalışmaların rəngarəngliyi və yazılı çalışmaların şifahi çalışmalara əsaslanması da orfoqrafiya təliminə həsr olunmu məşğələlərin təşkilinə verilən tələblərdəndir. 2. Üzündənköçürmə yazılar və onların formaları. Orfoqrafiya təlimində müxtəlif növlü yazılardan istifadə olunur:

 üzündənköçürmə yazılar;

 müxtəlif növlü imlalar;

 əzbər mətnlərin yazılması; Üzündənköçürmə yazılar yazının ən sadə, asan növüdür. Hərfləri Yazmağı və bitişdirməyi bacaran şagirdlərin hamısı bu yazı növünə hazır olur. Üzündənköçürmə sadəcə olaraq, surətin köçürülməsi deyil. Üzündənköçürmə prosesində şagird sözün hərf tərkibinə diqqətlə baxır, sözün səs və hərf tərkibini tutuşdurur, fərqləri aşkara çıxarır, sözün yazılışını yadda saxlayaraq yazır. Müəllim çalışmalıdır ki. şagird mətnin üzünün hərf-hərf, heca-heca yox. Bütöv sözlə, cümlə ilə köçürsün. Əvvəlcə sözləri yadda saxlayan şagird, daha sonralar kiçik cümlələri yadda saxlayıb yaza bilir. Üzündənköçürmə zamanı müəllim müxtəlif tapşırıqlar da verə bilər:

 mətnin üzünü köçürüb, lazımi orfoqramların altından xətt çəkmək;

 lazımi orfoqramları tire və ya mötərizə ilə ayırmaq;

 seçmə üzündənköçürmə;

 qruplaşdırmaqla üzündənköçürmə;

 dağınıq verilmiş sözlərdən cümlə düzəldib köçürmə;

 bir mövzuya həsr olunmuş dağınıq vürilmişcümlələri ardıcıl köçürmək;

sözləri hecalara, kök və şəkilçiyə ayırıb köçürmək və s. Üzündənköçürmə üzrə müəyyən vərdişə yiyələndikdən sonra şagird- lərə nöqsanlı mətnləri köçürmək üzrə çalışmalar verilməlidir. Belə çalışmaları işləməyi şagirdlər çox sevirlər. Belə ki, sözdə buraxılmış hərfin yerinə qoyulması, buraxılmış şəkilçinin yerinə qoyulması, cümlədə buraxılmış sözün yerinə qoyulması, mətndəki sözün verilmiş nümunə üzrə dəyişdirilməsi və s. bu kimi yaradıcı üzündənköçürmə yazılar şagirdləri çox maraqlandırır. Daha sonralar isə bunlara başqa tapşırıqlı üzündənköçürmə yazıları da əlavə etmək olar. Məsələn, qara hərflərlə yazılmış sözlərə sual verməklə dəyişdirib köçürmək; sözün üstündə onun hansı qrammatik kateqoriyaya aid olduğunu yazmaq; verilmiş cümlənin genişləndirilməsi yolu ilə köçürülməsi və s. Kitabdan mətnin üzünü köçürmə bütün siniflərdə aparılmalıdır. Çalışmaq lazımdır ki, əl yazısı ilə olan mətnlərdən istifadə olunsun. Əl yazısı ilə olan mətnlərin üzünü köçürməyin çapla olan mətni köçürməyə nisbətən üstünlükləri çoxdur. Belə ki, əl yazısı ilə olan mətnlərdə yalnız sözün orfoqrafik yazılışı deyil, düzgün hüsnxəti də verilir. Beləliklə, şagirdə yazı üçün tam bir nümunə verilmiş olur. Şagirdlərə belə nümunələr yazı taxtasında və ya kinoskop vasitəsilə kompyuterdə verilə bilər. Bu məqsədlə, müəllim yaxşı, gözəl xətlə, savadlı yaza bilən şagirdlərin yazılarından da istifadə edə bilər. Üzündənköçürmə, əsasən, I – II siniflərdən başlayaraq əlyazı üzrə təşkil olunur. Bu, şagirdlərin kalliqrafiya vərdişlərinin inkişafına kömək göstərir. Üzündənköçürmə yazılar dil dərslərində, bəzən bütöv dərs ərzində yerinə yetirilə bilər. Müxtəlif növlü imlalar. İmlalar orfoqrafik çalışmaların ən əlverişli və səmərəli növlərindəndir. İmlalar iki qrupa bölünür : öyrədici imlalar; yoxlama imlalar. Öyrədici imlanın aşağıdakı növləri var :

 görmə ( mətn təhlil edilir, sonra müəllimin diktəsi ilə yazılır);

 xəbərdarlıqlı ( şagirdlərin səhvə yol verə biləcəkləri hər bir hal əvvəlcədən xəbər verilir);

 izahlı (xəbərdarlıq – izahat yazıdan sonra aparılır);

 seçmə (oxunmuş mətndən yalnız tərkibində öyrənilməsi, möhkəmləndirilməsi qarşıda məqsəd qoyulmuş orfoqramların olduğu söz və ifadələr seçilib yazılır);

 lüğət üzrə ( ayrı-ayrı sözlərin diktə edilib yazdırılmasıdır);

 yaradıcı (dağınıq verilmiş sözləri dəyişmədən cümlə tərtib etmək, sözləri sütunlarda qruplaşdırmaq və s.);

 sərbəst ( bir mövzuya aid yazı qaydalarını təkrarlamağa və möhkəmləndirməyə imkan verir). Yoxlama imlalar müəllimin köməyi olomadan yerinə yetirilən çalışmalardır. Əzbər mətnlərin yazılması. Əzbər yazı həm üzündənköçürmə, həm də imla ilə bağlıdır. Bu zaman şagird tazacağı mətni dəfələrlə görür, oxuyur, sözlərin yazılışını mənimsəyir. Əzbərlənmiş mətn daxili nitqin köməyi ilə yazılır. Rabitəli nitqin inkişafının mühüm vasitəsi olan ifadə və inşa yazılar orfoqrafiya təliminə də xidmət edə bilər. 3. Nitq inkişafına kömək edən yazılar və onların növləri. Nitq inkişafı üzrə işin əsas vəzifəsi dil və təfəkkürün inkişafıdır. Uşaqların təfəkkürünü inkişaf etdirməklə onların nitqinə təsir edir, nitqini inkişaf etdirməklə təfəkkürünün inkişafına təkan veririk. Bu iş həm şifahi, həm də yazılı çalışmalarla yerinə yetirilməlidir. Yazılı nitqin başlıca məqsədi şagirdlərin gördükləri, oxuduqları, düşündükləri haqqında hamının başa düşə biləcəyi şəkildə yaza bilməkdir. Yəni şifahi nitq necə düzgün, anlaşılan, normalara cavab verən olmalıdırsa, yazılı nitq də aydın, dəqiq, mükəmməl və səhvsia olmalıdır. İbtidai siniflərdə ana dilinin tədrisinin nəticəsi şagirdlərin öz filrini müstəqil və rabitəli verə bilmə bacarığına necə yiyələnməsindən asılıdır. Rabitəli nitqin inkişafının birinci mərhələsində ifadə, ikinci mərhələsində isə inşa yazıların yazılması üzrə iş gedir. Bu yazılar orfoqrafiyz təliminə də xidmət edir. İfadə yazılar İfadə yazmaq üçün şagirdlərin kalliqrafik və orfoqrafik hazırlığı olmalıdır. Şagird kalliqrafiya, punktuasiya və orfoqrafiya səhvlərinə yol vermədikdə sürətlə yaza bilir. Bu da şagirdin diqqətini yazının məzmununa, fikrin dəqiq, obrazlı verilməsinə yönəldir. Xüsusi orfoqrafik çalışmalarda sözləri, cümlələri, mətni savadlı yazmağı bacaran şagird ifadə və inşada da səhvə yol vermir. Bu onu göstərir ki, şagird qrammatik-orfoqrafik qaydaları, yazılışı çətin sözləri, sözlərin səs-hərf tərkibini yaxşı mənimsəyib. İfadə yazıya hazırlığı yalnız mətndəki mənası tanış olmayan bir neçə sözün mənasının izah edilməsi ilə məhdudlaşdırmaq olmaz. Mətndəki belə sözlər, bəzi ifadələr əvvəlcədən müəyyənləşdirilməli, dil dərslərində həmin sözlərin mənasının və yazılışının izahı, cümlədə işlədilməsi üzrə iş getməlidir. İfadənin mətni əvvəlcədən planlaşdırıldıqda müəllim hər dəfə onun orfoqrafik məzmununu təhlil edir, burada işlənmiş ayrı-ayrı sözləri təkrar edərək, qrammatik-orfoqrafik qaydalar yada salınır. Bu sözlər həm üzündənköçürmə, həm də öyrədici imlaların mətnlərinə daxil edilir. Lakin ifadə yazdırılarkən yol verilə biləcək orfoqrafik səhvlərin qarşısını almaq üçün xəbərdarlıqlar vacibdir. Yəni, sözün yazı taxtasına yazılması, planın maddəsinə daxil edilməsi, ona sinonim sözlərin tapılması və s. şəkildə xəbərdarlıqlar ola bilər. İnşa yazılar İnşa üzərində iş çox mürəkkəb və çətin bir prosesdir.




Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin