Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1



Yüklə 302,66 Kb.
səhifə110/111
tarix01.01.2022
ölçüsü302,66 Kb.
#104905
1   ...   103   104   105   106   107   108   109   110   111
Janra görə inşalar

İbtidai siniflərdə inşanın janra görə aşağıdakı növləri vardır: a) nağıl-inşa (təhkiyə), b)təsvir-inşa, c) mühakimə – inşa.

I – II siniflərdə, əsasən, nəqli xarakterli inşalardan ( xüsusən şifahi şəkildə) istifadə olunduğu halda, III-IV siniflərdə inşanın digər növlərindən də müəyyən qədər istifadə olunur.

Təsvir xarakterli ilk inşalar müəyyən heyvan, quş təsviri olmalıdır. Sonralar tədricən şagirdlərin müəyyən təbiət hadisələrinin, mənzərənin təsvirini özs özləri ilə vermələrinə nail olmaq mümkündür.

Bəzən təsvir xarakterli inşanı iki əşyanın, iki hadisənin, iki mənzərənin müqayisə edilməsi əsasında da aparmaq mümkündür.

Mühakimə xarakterli inşalardan III sinifdə dərsilinin ikinci yarısından etibarən istifadə etmək mümkündür. Belə yazılar şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirir. Onlar bilikləri və həyat təcrübələri dairəsində sadə, mühakimə yürüdür, öz nöqteyi-nəzərini müdafiə edir, müstəqil fikir söyləyirlər. Şagirdlərin dərketmə fəaliyyətinin inkişafında, onların ümumi inkişafının təmin edilməsində mühakimə xarakterli inşalar mühüm rol oynayır.

İnşanın aşağıdakı növləri var:

 İfadə formasına görə: şifahi və yazılı;

 Təlim əhəmiyyətinə görə: öyrədici və yoxlama;

 Janra görə: nəqli-inşa, təsvir-inşa, mühakimə-inşa;

 Materialın əldə edildiyi mənbəyə görə: şəkillər, kinofilm,oyun…

 Şagirdlərin müstəqillik dərəcəsinə görə: kollektiv, müstəqil. Mövzumuza uyğun olaraq, inşaların ifadə formasına görə və təlim əhəmiyyətinə görə növlərindən danışacağıq. Yazılı inşa üzrə vərdişlərin yaranması üçün çoclu məşğələlər aparmaq lazımdır. Yazılı inşa şifahi inşanın sadəcə qrafik surəti deyil. Bunun üçün yazılı rabitəli nitqin inkişafı üzrə aparılan dərslər böyük rol oynayır. Qrammatika və orfoqrafiyanın öyrədilməsi ilə əlaqədar inşalar da bu cəhətdən əhəmiyyətlidir. Məsələn, eyniköklü sözlərlə əlaqədar bağda meyvə toplanışına həsr olunmuş inşaya hazırlıq zamanı müəllim şagirdlərə bağ, bağça, bağban, bağlıq, bağlar və s. bu kimi eyniköklü sözləri təqdim edərək öz yazılarında işlətməyi tapşırır. İnşanın qrammatika və orfoqrafiya təliminə xidmətini təmin etmək üçün mövzunun məqsədə yönəlməsinə da fikir verilməlidir. Məsələn, sifətin tədrisi ilə əlaqədar təbiətin gözəl, mənzərəli bir guşəsinin təsviri, iki əşyanın müqayisəsi, felin tədrisi ilə əlaqədar hər hansı bir işin gedişinin təsviri üzrə inşa vermək olar. Şagird inşa üzərində işləyərkən öz nitqini müşahidə etməyi öyrənir. Bu da ona yazdıqları üzərində fikirləşmək, ifadələrini təkmilləşdirmək və onu daha da yaxşılaşdırmaq imkanı verir. Yazılı nitqin məntiqi və üslubi vərdişlər üzrə aparılan işləri orfoqrafik vərdişlər üzərindəki işlə paralel aparılmalıdır. Şagird ifadə və inşa yazdıqda özü bildiyi kimi yazır, öz sözlərini və söz birləşmələrini mətnə daxil edir. Müəllim ifadə və inşa yazıların aparılması qaydası üzrə işi düzgün təşkil edərsə, şagird səhvləri azalar. 4. Orfoqrafik vərdişlərin inkişafına kömək edən amillər. Orfoqrafik vərdişlərin möhkəmləndirilməsində ən vacib cəhət yazı materiallarının seçilməsidir. Bu mətnlər leksik ifadə tərzinə görə məqsə-də cavab verməli, məzmunca maraqlı və aktual , həcmcə tələblərə cavab verən olmalıdır. Orfoqrafik vərdişlərin mənimsənilməsi zamanı şagirdlər ayrı-ayrı sözlərin yazılışını şüurlu şəkildə mənimsədikləri üçün, öz yazılarının dürüstlüyünü də yoxlaya bilir və səhvlərin sayı minimuma enir. Yazı qaydalarının qanunauyğunluqlarını yaxşı bilən, bu sahədə möhkəm vərdişlərə malik olan şagirdlər orfoqramları müstəqil şəkildə heç bir səhvə yol vermədən işlədə bilirlər. Orfoqrafik vərdişlərin möhkəmləndirilməsi işində rolu olan əsas üsullardan biri də orfoqrafik təhlildir. Orfoqrafik təhlil şagirdləri öz yazlarına, işlətdikləri bütün orfoqramlara diqqətli yanaşmağı adət etdirir. Şagirdlər Azərbaycan dili yazı qaydalarını dəqiq öyrənirlər. Təhlil zamanı çalışmaq lazımdır ki, seçilmiş mətnin içərisində öyrədiləcək orfoqramlara aid çoxlu nümunələr olsun. Seçilmiş mətnlərdə hər bir sözün yazılışı onun mənasından ayrılıqda təhlil edilməlidir. Bu və ya digər söz təhlil edilərkən şagirdlər bu sözün nə üçün bu şəkildə yazılmasını izah edə bilməlidirlər. Həm fonetik təhlil, həm morfoloji təhlil bu işdə mühüm rol oynayır. Orfoqrafik təhlil seçmə, xəbərdarlıqlı, izahlı imlalarda da tətbiq oluna bilir və bu cəhətdən böyük əhəmiyyət daşıyır.

Hal-hazırda ümumtəhsil məktəblərinin II-IV siniflərində “Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları” (2008), I siniflərində isə təkmilləşdirilmiş yeni təhsil proqramları (kurikulumları) (2010) tətbiq olunur. Azərbaycan dili fənni üzrə təkmilləşdirilmiş təhsil proqramının II-IV sinifləri üçün nəzərdə tutulmuş məzmun standartlarında esse yazı növü öz əksini tapmışdır. Sorğulara əsasən məlum oldu ki, müəllimlər bu yazı növünün tədrisi ilə bağlı az məlumatlıdırlar. Onlar əksər hallarda esseni inşa ilə eyniləşdirirlər.

Esse fransız sözü olub,mənası təcrübə deməkdir.Essenin ilk nümunəsini fransız yazıçısı və filosofu M.Monten yazmışdır.Essü ədəbiyyatda bir janr olub,müəllifin hər hansı mövzu ilə bağlı düşüncələrini və hislərini şərh edən kiçik bədii nümunədir.Essenin dili həm danışıq dilinə yaxın, həm də obrazlı olur. Esse müxtəlif xarakterli olur:nəqli,təsviredici,tədqiqat,mühakimə.Təsviredici esse yazarkən ətrafdakı əşya və hadısələri çox diqqətlə müşahidə etmək lazımdır.Çünki gördüklərini bədii şəkildə təsvir etməlisən.Esse yazan zaman təsvir etdiyin bir əşya və hadisənin xüsusiyyətlərini digər əşya və hadisənin xüsusiyyətləri ilə qarşılaşdırmaq,müqayisə etmək yazının dəyərini artıran hal hesab olunur.Esse sənə nə üçün lazımdır?Esse fikirlərini obrazlı ifadə etmək üçün yazdığın ilk yazıdır.Esse yazarkən müstəqil şəkildə yaradıcılıqla məşğul olursan.Bu zaman sən daha məhsuldar düşünməyi öyrənirsən. Qeyd edək ki, inşa yazı ilə esse yazını fərqləndirən bir neçə məqam var. Bəli, esse əksər hallarda həcm etibarı ilə inşadan kiçik olur, amma bu əsas cəhət deyildir. Hər şeydən əvvəl esse tədqiqat xarakterli olmalıdır. Yəni müəyyən mövzu haqqında hissi, psixoloji, ideoloji fikirlər toplusu şagird üçün esse sayıla bilməz.

Essenin ilkin mənası “götür-qoy edərək mühakimə yürütmək” deməkdir. Söz bu mənanı, demək olar, indi də saxlamaqdadır. Yəni müasir anlamda esse müəllifin konkret mövzu ilə bağlı faktları, təəssüratları, fərdi düşüncələri ölçüb-biçərək mühakimə yürütdüyü kiçik həcmli, sərbəst kompozisiyalı yetkin əsərdir.

Essedə problem sərbəst şəkildə qoyulur, seçilən problem təhlil və izah edildikdən sonra müəyyən nəticəyə gəlinir. Məsələn, müəllim şagirdlərə “Dövlət bayrağı” haqqında esse yazmaq tapşırırsa, bu zaman özünə sual verməlidir ki, şagirdlər üçün bayraq haqqında hansı məlumatlar esse ola bilər?

Kömək üçün deyə bilərik ki, bayrağımızın rəngi haqqında məlumat toplamaq, onları araşdırmaq, təhlil etmək ibtidai sinif şagirdləri üçün esse sayıla bilər. Yuxarı siniflərə doğru şagirdlərin artıq esseni daha da, zənginləşdirməsi üçün bayrağımızda olan rənglərin xalqımızın tarixində rolu və həmin rənglərin ifadə etdiyi məzmunun tarixi barədə məlumat toplaması esse anlamına gəlir. Esse yazılarkən aşağıdakı ardıcıllığa riayət edilir:

Şagird mövzu ilə tanış olur. Daha sonra xəyalında yazının planını qurur:

a) giriş;

b) əsas hissə;

c) nəticə.

Təxminən 3-5 cümlədən ibarət giriş hissədə şagird mövzuda “gizlənmiş” problemin mahiyyətini, onun açıqlanma yönlərini müəyyənləşdirir, fikrin izahı üçün sanki qapı açır.

Verilmiş mövzunun tutumundan və şagirdin yaş səviyyəsindən asılı olaraq essenin əsas hissəsi tezis-arqument formasında qurula bilər . Tezis fikrin bir, yaxud iki cümlə ilə ifadəsi, hansısa müddəanın irəli sürülməsidir. Arqument isə irəli sürülən tezisin gerçək hadisələrlə, faktlarla, tanınmış şəxsiyyətlərin fikirləri ilə əsaslandırılmasıdır. İki arqumentdən istifadə etmək daha yaxşıdır: bir arqument oxucunu inandırmaya bilər, üç və daha çox arqument isə üslubu ağırlaşdırar. Hər tezis və onun arqumentlərlə əsaslandırılması bir abzas təşkil edir. Essenin abzasları arasında da məntiqi əlaqənin olması vacibdir.

Yazının nəticə hissəsində mövzuya (girişə və əsas hissəyə) yekun vurulur, araşdırılan problemin indiki vəziyyəti göstərilir.




Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin