Sinifdənxaric oxu üçün matrealın seçilməsi. Sinifdənxaric oxu üçün matrealın seçərkən və onunla işi təşkil edərkən aşağıdakı şərtlərə əməl olunmalıdır.
Sinifdənxaric oxu məşğələlərində,əsasən, bədii əsərlərə üstünlük verilməlidir.
Kiçikyaşlı məktəblilərə təqdim olunan hər bir əsər onların əqlinə və hisslərinə təsir göstərməlidir.Əsl vətəndaş tərbiyə etmək üçün həm ciddi,həm komik,həm şən ,həm qəmgin mətinlər seçilməlidir.
Əsər seçərkən müxtəlif janrlar həm nağıl,həm hekayə ,həm təmsil,həm də seirlərin şeirlərin təqdim olunması nəzərdə tutulur.
Həm Azərbaycan,həm də xarici xalqlar ədəbiyyatını əhatə etməlidir.
Sinifdənxaric oxu üçün nəzərdə tutulmuş mətnin həcmi böyük olmamalıdır.I sinifdə 120-150 sözdən ibarət mətnlə başlanan bu iş IV sinifdə 150 səhifəyədək mətnin oxusu ilə başa çatır.
Ədəbi parçalar şagirdlərin marağını,bilik səviyyəsinə ətraf aləmlə tanışlığa uyğun olmalıdır.
Sinifdənxaric oxu məşğələləri mövzuya ,matrealın xarakterinə(bədii,elmi-kütləvi) görə rəngarəng olmalıdır.
Seçilmiş əsər dilinə,quruluşuna və bədii tərtibatına görə şagirdlərin hazırlığına uyğun olmalıdır.
Sinifdənxaric oxu üzrə tədbirlər (dərslər, səhnəciklər, görüşlər, viktorinalar müsabiqələr,sərgilər) növbələşdirilməlidirlər.
Hər bir dərs,məşğələ pillə-pillə şagirdləri müstəqil mütaliəyə doğru aparmalıdır.
Bu sahədə seçilən şagirdlər rəğbətləndirilməlidirlər.
II sinifdən başlayaraq sinifdənxaric oxunun hesabını aparmaq lazımdır.Hesabaalma xüsusi dəftərdə aparılmalıdır.Dəftərdə ayın tarixi,əsərin adı,müəllifi,əsas surətlərin adları,əsərdə nədən bəhs olunması,ən çox xoşladıqları parça (sitat) qeyd edilir.Belə hesablama şagirdlərin oxuduqlarını qaydaya salır,fikirlərini yazılı şəkildə ifadə etmək imkanı verir.Müstəqil mütaliə ilə əlaqədar ola bilər ki,şagirdlər oxuduqları əsər haqqında qeydi sinifdən asılmış cədvəldəki özlərinə məxsus cibciyə qoysunlar.Bir növ oyun şəklində aparılan bu iş onlar maraqlandırır və hər kəs yoldaşlarından daha çox oxumağa çalışır.IV sinifşagirdlərə oxuduqları əsərə qısa rəy yazmağı öyrətmək lazımdır.