Cümlə üzvlərinə aid anlayışların öyrədilməsi metodikası: Baş üzvlərin tədrisi
«Cümlə üzvləri» anlayışı ilə şagirdlər III sinifdə tanış olurlar. Bu mövzu üzrə sistemli anlayışlar IV sinifdə öyrədilir. Şagirdlər öyrənirlər ki, cümləni təşkil edən sözlər onun üzvləridir. Cümlənin üzvləri bərabər hüquqa malik deyil. Onların bir qismi birinci dərəcəli, digər qismi ikinci dərəcəli olur.
I dərəcəli üzvlər baş üzvlərdir, bunlar ikidir: mübtəda və xəbər. IV sinifdə şagirdlərə mübtəda və xəbər haqqında aşağıdakılar öyrədilir.
1. Mübtəda xəbərlə bağlı olub kim? Nə? Hara? Suallarından birinə cavab verir. Mübtədaya sual xəbər vasitəsilə verilir: Dülgər taxtanı rəngələyir – Kim rəngələyir? – Dülgər
2. Xəbər mübtəda ilə bağlı olur. O, mübtədanın nə etdiyini, necə olduğunu bildirir. Xəbər nə edir? Nə etdi? Kimdir? Nədir? Necədir? Neçəncidir? Və s. suallara cavab verir.
Quşlaruçur. Nə edir? – uçur
Biz mehriban uşaqlarıq – Kimik? – uşaqlarıq.
Bu film maraqlıdır – Necədir? – Maraqlıdır və s.
Şagirdlərə öyrədilməlidir ki, mübtədanı xəbərdən təcrid olunmuş şəkildə öyrətmək olmaz. Çünki, mübtədanı xəbərə görə, xəbərə sual qoymaqla tapmaq olur: nə edir? – yazır. Kim yazır? – həkim və s.
İbtidai siniflərdə cümlə üzvlərinin nitq hissələri ilə ifadə olunması səthi öyrədilir. Bu mövzu praktik şəkildə çalışmalarla iş də daha asan mənimsədilir. Məs.: Atam mühəndisdir – Kimdir? – Mühəndisdir (Xəbər isimlə ifadə olunub). Kim mühəndisdir? – Atam (Mübtəda isimlə ifadə olunub).
Ümumiyyətlə, baş üzvlərin tədrisinin səmərəli öyrədilməsi vacibdir.
Dostları ilə paylaş: |