Mövzu Psixodiaqnostikanın predmeti, məqsədi və vəzifələri Plan


Koqnitiv (idrak) proseslərinin və qabiliyyətlərin diaqnostikası



Yüklə 222,13 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix26.02.2022
ölçüsü222,13 Kb.
#114697
1   2   3   4   5   6   7   8   9   ...   14
Mövzu1. Psixodiaqnostikanın predmeti, məqsədi və vəzifələri

3.Koqnitiv (idrak) proseslərinin və qabiliyyətlərin diaqnostikası. 


Müasir psixoloji terminologiyada son dövrlərdə tez-tez işlədilən “koqnitiv psixologiya” 

söz birləşməsi öz mahiyyəti etibarilə şəxsiyyətin psixi idrak proseslərinin tədqiqini əhatə edən 

mühüm  istiqamətlərdən  biridir.  Koqnitiv  psixologiya  (latınca  “cognitiv”  –  bilik,  “idrak” 

deməkdir.) XX əsrin 50-ci illərinin sonu, 60-cı illərin əvvəllərində ABŞ-da hakim mövqeyə malik 

olan  Biheviorizm  cərəyanına  qarşı mübarizə  zəminində meydana  gəlmişdir.  Onun  yaradıcıları 

D.Brodbent,  S.Steriberq,  C.Sperlinq,  R.Atainson  subyektin  qəbul  etdiyi  informasiyanın 

işlənilməsində  xüsusi  psixi  proseslərin,  o  cümlədən,  verbal  və  obrazlı  komponentlərin 

yaddasaxlama və təfəkkür proseslərindəki rolunu ön plana çəkmişlər. ABŞ psixoloqu U.Naccer 

koqnitiv  psixologiyanın  vəzifəsini  biliklərin  subyektin  davranışında  həlledici  rolunu  sübuta 

yetirməkdə  görürdü.  Sonralar  Q.Bayer,  A.Payvio,  P.Şenard  koqnitiv  proseslər  kimi  hafizə  və 

təfəkkürün öyrənilməsində müstəsna xidmət göstərmişlər. S.Şexter emosiyaların, N.Ayzenk fərdi 

fərqlərin, C.Kettel isə şəxsiyyətin koqnitiv nəzəriyyələrini yaratmağa təşəbbüs göstərmişlər.  

Rusiyada  bu  nəzəriyyələrin  təsiri  altında  müxtəlif  psixoloji  mərkəzlərdə  bir  sıra  idrak 

proseslərinin – qavrayış, diqqət, hafizə, nitq və təfəkkürün tədqiq edilməsinə yönəlmiş geniş 

tədqiqatlar  aparılmışdır.  Rus  psixoloqlarından  E.İ.Boyko,  N.F.Dobrinin,  N.İ.Jinkin, 

A.V.Zaporojets, A.N.Leontyev, S.L.Rubinşteyn, A.A. Smirnov, B.M.Teplov, B.J. Ananyev və 

b., gürcü psixoloqlarından P.Q.Natadze, A.S.Pranqişvili, D.N.Uznadze v b. ukrayna psixoloqu 

P.İ.Zinçenko, Azərbaycan psixoloqlarından Ə.K.Zəküyev, F.A.İbrahimbəyov, M.Məhərrəmov, 

Ə.S.Bayramov,  Ə.Ə.Əlizadə,  Z.M.Mehdizadə,  Ə.Ə.Qədirov,  A.İ.Məmmədov,  Ç.A.İsmayılov, 

T.A.Mustafayev əhəmiyyətli tədqiqatlar aparmışlar.  

Ötən  əsrin  80-ci  illərindən  başlayaraq  dünyada  koqnitiv  proseslərin  tədqiqi  yeni  vüsət 

almış və yeni perspektiv qazanmışdır. Koqnitiv proseslərin öyrənilməsinə sistemli yanaşmanın 

nəzəri-metodoloji əsasları yaradılmış, onların psixoloji, psixofizioloji və sosial-psixoloji planda 

bütöv və çoxaspektli tədqiqi aktuallaşmışdır. Yeni metodoloji yanaşma idrak proseslərinin psixi 

inikasın  təşkilinin  müxtəlif  səviyyələrdə  -ünsiyyət  və  fəaliyyət  kontekstində  araşdırılmasının 

zəruriliyini ön plana çəkmişdir.  

1983-cü ilin mayında Finlandiyanın Turku şəhərində “Koqnitiv psixologiya” adlı Sovet-

Fin birgə simpozumu keçirilmişdir.  

Müasir  dövrdə  koqnitiv  və  ya  idrak  prosesləri  psixologiyasına  aid  tədqiqatların 

nəticələrindən psixologiyanın bir çox tətbiqi sahələrində geniş istifadə olunur. Bunların sırasında 




Yüklə 222,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin