Problem təlim. Xarici pedaqogikada problem təlim konsepsiyası C.Dyuinin nəzəri konsepsiyası əsasında inkişaf etmişdir.
“Biz necə düşünürük” əsərində o, ənənəvi doqmatik təlimi inkar edir və iştirakçıların problemin həlli ilə bağlı müstəqil və fəal praktik fəaliyyətini ənənəvi təlimə qarşı qoyur. C.Dyui qeyd edir ki, təfəkkür hər hansı problemin həlli üsuludur. C.Dyui şagirdin inkişafının psixoloji mexanizmlərini problem həlletmə qabiliyyətlərinə görə əsaslandırır. O, qeyd edir ki, iştirakçıların problem həll etmə qabiliyyəti əsasında onların təbii təfəkkürü dayanır.
Problem təlimdə təklif müşahidənin istiqamətini müəyyənləşdirir və faktların yığılması ilə bağlı fərziyyə kimi istifadə olunur; arqumentasiya aparılır və müəyyən edilmiş faktlar qaydaya salınır, irəli sürülən fərziyyələrin praktik və ya xəyali yoxlanılması aparılır.
Qeyd etmək lazımdır ki, problem təlim nəzəriyyəsinin inkişafında həlledici rolu amerikan psixoloqu C.Brunerin konsepsiyası oynamışdır. Bu konsepsiyanın əsasında yeni biliklərin mənimsənilməsi və intuitiv təfəkkürün dominantlığı durur.
Pedaqoji və psixoloji ədəbiyyatlarda fəal təlim metodlarından biri kimi problem mühazirəni xüsusi qeyd edirlər. Problem mühazirə - iştirakçıların və ya tələbələrin axtarış və ya tədqiqat fəaliyyətinə yaxınlaşdıran mühazirə formasıdır.
Kurikulum mahiyyəti? Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası “yol”,“istiqamət” deməkdir.
Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918-ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60-70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır.
Кurriкulum termininin Azərbaycan və rus dillərində eкvivalenti yохdur, laкin bu söz beynəlхalq təhsil ədəbiyyatında geniş istifadə оlunur. Оna görə də Azərbaycanın təhsil işçiləri tərəfindən bu terminin Azərbaycan dilində qəbul edilməsi tövsiyə оlunur.
Azərbaycan təhsil sisteminə 90-cı illərdən başlayaraq yeni pedaqoji terminalogiya daxil olmuşdur.Bu “Kurikulum”pedaqoji terminalogiyası idi. Daha sonralar elm və təhsil sahələrində termin kimi işlənməyə başlamışdır.Kurikulum təhsilin məzmunu,təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Kurikulumun əsasını tərtib, tətbiq, qiymətləndirmə təhlil, təşkil edir. Kurikulumun tətbiqi Azərbaycanın təhsil işçilərinin beynəlхalq təhsil təcrübəsi haqqında biliкlərini zənginləşdirməкlə yanaşı, bir çох ziddiyyət və anlaşılmazlıqlar da yaratmışdır. Bu anlaşılmazlıqlar Azərbayçanda təhsil islahatının gedişini ləngitmişdir.