Mövzu Psixologiyanın tədrisində müasir təlim metodları və təlim prinsipləri Plan


Psixologiyanın tədrisi metodikasının təlim prinsipləri aşağıdakılardır



Yüklə 33,33 Kb.
səhifə8/8
tarix17.11.2022
ölçüsü33,33 Kb.
#119629
1   2   3   4   5   6   7   8
elşən müəllim mühazirə 2

Psixologiyanın tədrisi metodikasının təlim prinsipləri aşağıdakılardır:
1)Elmilik prinsipi- bu prinsipə görə, öyrənilən təlim materialları həm müasir elmi, tətbiqi və praktiki psixologiyanın nailiyyətlərinə uyğun olmalı, həm də obyektiv elmi fakt, nəzəriyyə və qanunauyğunluqlarda ziddiyyət olmamalıdır.
2) Sistemlilik prinsipi- bu prinsipinə görə psixologiyanın tədrisi metodikasına dair təlim materialı həmin fənn haqqında sistemli təsəv-vürlər yaradaraq müəyyən ardıcıllıq və sistemli şəkildə öyrənilməlidir.
3) Rasional və emosional vahidlik prinsipi- bu prinsipə görə, psixologiyanın tədrisi metodikasında öyrənmə o zaman səmərəli nəticə verə bilər ki, tələbələr öyrənmənin məqsədini özləri üçün düzgün dərk etsinlər.
4) Əşyavi və şəxsi istiqamətdə vahidlik prinsipi- buprinsipə görə psixologiyanın tədrisi əşyavi və şəxsi istiqamətdə vahidlik prinsipi gözlənilməlidir.
5) Nəzəri və empiriklərin vahidliyi prinsipi-bu prinsip dialektik, konkretləşdirmə prinsipinin vahid konkret və abstrak prinsipidir
6) Anlaşıqlılıq prinsipi-bu prinsip tələbələrin tipindən və ya onların təhsilindən, fərdi və yaş xüsusiyyətlərindən asılı olaraq, təlimin məzmun və metodlarının zəruri olaraq əlaqələndirilməsi ilə nəticələnir.
7) Əyanilik prinsipi- bu prinsip ali təhsil müəssisələrində psixologiyanın tədrisində əyaniliyin tələbələrini təmin etməyi nəzərdə tutur.Görmə orqanları daha cox həssas olduğundan onlar beyinə eşitmə orqanlarından 5 dıfə cox informasiya verirlər
8) Şüurluluq və fəallıq- bu prinsip tələbələrinfəaliyyətinin xarakterini onların dərsə münasibətini əks etdirir.
9) İnkişafetdirici prinsip- bu prinsipə görə təlim inkişafetdirici xarakter daşımalıdır.
10) Sistematiklik və ardıcıllıq prinsipi- təlim prosesi sistemli və ardıcıl təşkil olunmalıdır.
11) Nəzəriyyənin həyatla və praktika ilə əlaqələndirilməsi prinsipi- təlim prosesi cəmiyyətin tələbatı və həyatla nə qədər düzgün və dolğun əlaqələndirilərsə, təlimin səmərə və keyfiyyəti bir o qədər yüksək olar.
12) Həmrəylik və əməkdaşlıq prinsipi- bu prinsipə görə müəllimlər tələbələrə pedaqoji prosesin bərabərhüquqlu fəal üzvləri kimi baxsınlar, onlarla əməkdaşlıq edib onların tədris fəaliyyətlərini qayğı ilə təşkil etsinlər, həm də köməklik göstərsinlər.
13)Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi- bu prinsip yeni həqiqətlərin kəşfinə deyil, artıq kəşf olunmuş həqiqətlərin mənimsənilməsinə yönəldilir.
Yüklə 33,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin