Mövzu Psixologiyanın tədrisində müasir təlim metodları və təlim prinsipləri Plan



Yüklə 33,33 Kb.
səhifə4/8
tarix17.11.2022
ölçüsü33,33 Kb.
#119629
1   2   3   4   5   6   7   8
elşən müəllim mühazirə 2

Fəal təlim metodlarından danışarkən müxtəlif üsulları qeyd edirlər.Onlardan biri imitasion (təqlid olunan) çalışmalardır. Təqlid olunan çalışmaların digər metodlardan fərqli cəhəti əvvəlcədən müəllimə problemin düzgün və ya ən yaxşı həllinin (optimal) bəlli olmasıdır. İmitasion çalışmalar bir çox hallarda imitasion oyun kimi çıxış edir. Lakin rollu oyundan fərqli olaraq burada konkret mütəxəssislərin, işçilərin, rəhbərlərin fəaliyyəti modelləşdirilmir.
Fəal təlim metodlarından biri də seminar-müzakirələrdir. Seminar-müzakirələrin gedişi iştirakçıların birlikdə diskussiya etmək, nəzəri və praktik problemləri həll etmək kimi praktik təcrübələrinin formalaşdığı dialoji ünsiyyət prosesidir.
Seminar-müzakirələrində iştirakçılar öz fikirlərini çıxışlarda dəqiq ifadə etməyi, öz mövqeyini fəal müdafiə etməyi, opponentin səhv mövqeyini təkzib etməyi öyrənir.
Fəal təlimin ən aparıcı metodlarından biri də işgüzar oyunlardır. Təlim metodu kimi işgüzar oyunlardır. Təlim metodu kimi işgüzar oyun bir sıra tələblərə cavab verməlidir:

  • Oyun iştirakçıları arasında rolların bölüşdürülməsi, imitasiya edilən funksiyaların diferensiasiyası və inteqrasiyası şəraitində oyun iştirakçılarının birgə fəaliyyəti;

  • Oyun iştirakçılarının dialoji ünsiyyəti qarşılıqlı qərarların qəbul edilməsinin yeganə yolu kimi;

  • Oyuna improvizasiya gətirmək;

  • Rəqabət yaradan oyun fəaliyyətinin və peşəkar biliklərin nəticələrini qiymətləndirmə sistemindən istifadə;

  • Real həyatda davrandığı kimi oyunda da davranmağa təhrik edən intellektual və emosional şəraiti yaradan stimullaşdırma sisteminin olması;

  • İşgüzar oyunun dinamikliyi, davamlılığı və məşğulluğu;

  • İşgüzar oyunun öyrədici, inkişafetdirici və tərbiyəedici effekti




  • Dəyirmi masa” – iştirakçıların fəaliyyətinin təşkilinin elə aktiv təlim metodudur ki, əvvəlcədən alınmış bilikləri möhkəmləndirməyə, çatışmayan informasiyanı bərpa etməyə, problemləri həll etməyə, mövqeləri möhkəmləndirməyə, müzakirə aparmaq mədəniyyətini öyrətməyə imkan verir.

  • “Dəyirmi masa”nın səciyyəvi cəhəti tematik müzakirə ilə qrup məsləhətləşməsinin oxşarlığındadır.

Birliklərin fəal mübadiləsi ilə yanaşı, tələbələrdə fikirlərinin peşəkarlıqla çatdırmaq bacarığı, öz düşüncələrini arqumentasiya etmək və inanclarını müdafiə etmək bacarıqları formalaşır. Bu zaman müzakirələri dinləyərkən alınan informasiyaların möhkəmlənməsi və əlavə materialla sərbəst iş, habelə müzakirə üçün probləmlərin və sualların üzə çıxarılması baş verir.

Yüklə 33,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin