Mövzu Qlobal iqtisadi trendlələr Plan



Yüklə 175,12 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix30.04.2023
ölçüsü175,12 Kb.
#126102
1   2   3   4   5   6   7   8
AİİP Mövzu 3

3. Əmtəənin həyat dövrü 
1966-cı ildə Raymond Vernon tərəfindən irəli sürülən əmtəənin həyat dövrü 
nəzəriyyəsinə görə, ölkələrin bir qismi mövcud əmtəələr, digər bir qismi isə yeni 
əmtəələr üzrə ixtisaslaşırlar. Əsas mahiyyət isə bundan ibarətdir ki, bir əmtəə yeni 
əmtəə vəziyyətindən köhnə əmtəə vəziyyətinə keçdikcə, yəni öz “həyatı”nın 
müxtəlif dövrlərini yaşadıqca istehsalın coğrafi yeri də dəyişir. R.Vernona görə, 
texnoloji yeniliklər və yeni malların işlənməsi inkişaf etmiş sənaye ölkələrində, 
xüsusilə də ABŞ-da baş verir. 
Əmtəənin həyat dövrü nəzəriyyəsinə görə, yeni mal ilk olaraq kiçik həcmdə 
istehsal edilir. Istehsal davam etdirildikcə istehsalla bağlı olan problemlər aradan 
qaldırılır və istehsal genişləndirilir.
İlk mərhələdə istehsal ixraca deyil, daxili bazarın tələbini ödəməyə yönəlir. 
Bundan başqa, başlanğıcda istehsalın istehlakçıya yaxın yerdə həyata keçirilməsi 
lazımdır. Çünki əmtəənin hansı istiqamətdə inkişaf etdirlməsi məhz 
istehlakçılardan asılıdır. Burada yalnız yerli firmalar yeni texnologiyaya sahib 
olduqlarından, istehsal yeniliyi icad edən firmanın ölkəsində həyata keçirilir. Bütün 
bunlar istehsalın ilk mərhələsinin xüsusiyyətləridir. 
Ikinci mərhələdə istehsal demək olar ki, tam surətdə təkmilləşdirilir. Bu 
mərhələdə istehsal sürətləndirilir, ilk öncə daxili bazara istiqamətləndirilmiş 
satışlardan əmtəə ixracına keçid başlayır. Beləcə, əmtəənin daxili istehsalı və 
istehlakı artır, xaricdə inkişaf edən bir tələb mövcud olduğu üçün istehsalın artım 
tempi daha da yüksəlir. Istehsalçı firma hələ də yeni texnologiyanı özündə saxlayır. 
İstehsal texnologiyasınıb standartlaşması ilə, üçüncü mərhələyə keçilir. Artıq 
yenilikçi firma daxildə və xaricdə texnoloji lisenziya verməyi əmtəə satışından 
daha mənfəətli hesab edir. Standart istehsalın dəyərini aşağı salmaq üçün istehsal 
əmək haqlarının və xammalın dəyərinin aşağı olduğu digər ölkələrə ötürülür. 
Əmtəəni icad edən ölkədə iş gücü yüksək dərəcədə ixtisaslı olduğundan istehsal 
dəyərləri də yüksək olur. Qısacası, yüksək ixtisaslı əməyə ehtiyac olmayan bu 
mərhələdə istehsalın digər ölkələrə ötürülməsi daha məqsədəuyğun olur. Yenilikçi 
ölkədə hələ bir qədər əmtəə istehsal edilir. Lakin əmtəənin lisenziyasını əldə edən 
yeni istehsalçıların aşağı xərclərə malik olmaları səbəbindən ixrac bazarlarını ələ 
keçirmələri ilə yenilikçi ölkənin ixrac tempi azalır. 
Yenilikçi ölkənin daxili bazarının ehtiyacının idxalla təmin edilməsi başlayınca 

Yüklə 175,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin