Ümumi iqtisadi nəzəriyyədən
məlumdur ki, müəyyən həddə qədər istehsalın
muqyasının artması nəticəsində əmtəə vahidinin istehsal dəyəri azalır. Bu, bir neçə
səbəbdən baş verir:
-
ixtisaslaşmanın artımı – hər bir işçi bir istehsal funksiyasını yerinə yetirməklə
onun təkmil surətdə həyata
keçirilməsinə nail ola bilər;
-
istehsalın ayrılmazlığı – istehsalın miqyasının artdığı halda
istehsala birbaşa
surətdə cəlb olunmayan yardımçı sahələrə çəkilən xərclər nisbi baxımdan azalır;
-
texnoloji qənaət – yeni və keyfiyyətli məhsulun yaradılmasına böyük şirkətlərin
imkanı daha çox olur.
Miqyas iqtisadiyyatı dedikdə istehsalın elə bir inkişafı nəzərdə tutulur ki, amil
xərclərinin bir vahid artımı istehsalın bir vahiddən artıq artımına gətirib
çıxarır.
Bu artım isə aşağıdakı struktur dəyişiklikləri hesabına baş verir:
- xarici effektlər hesabına, yəni ümumilikdə sahədə istehsal miqyasının artımı
nəticəsində müəssisə daxilində əmtəə vahidinə çəkilən xərclər azalır;
-daxili effektlər hesabına, yəni müəssisənin özünün istehsal miqyasının artımı
nəticəsində müəssisə çərçivəsində əmtəə vahidinə çəkilən xərclər azalır.
Miqyasın xarici effekti bir əmtəənin istehsalı ilə məşğul olan müəssisələrin
sayının artımını nəzərdə tutur. Bu zaman həmin müəssisələrin ölçüsü
dəyişməz
qalır. Adətən bu zaman bazarda rəqabət səviyyəsi yuxarı həddə olur.
Bu isə o
deməkdir ki, ixracatçılar təsir edə bilmədikləri cari qiymətlərlə istədikləri qədər
əmtəə sata bilərlər. Buna misal kimi kompüter istehsalını göstərmək olar.
İnformasiya-kommunikasiya texnologiyalarının ümumiyyətlə dünya
üzrə yüksək
inkişaf səviyyəsi ixtisaslaşmış kadrların yetişməsinə səbəb olur.
Digər tərəfdən,
istehsalat üçün
tələb olunan xammal, yarımfabrikat və proqram təminatı hamı üçün
əlçatan olur ki, bütün bunlar sənaye müəssisəsinin istehsal həcmini artırmaqla
xərclərinin aşağı salmasına şərait yaradır.
Dostları ilə paylaş: