dəyərinin müəyyən hissəsi, məsələn 80%-i həcmində maliyyələşdirilir və əvəzində
malgöndərən firma mağazaların verdiyi mallar üzrə ödəniş tələbini faktorinq
şirkətinə güzəştə gedir. Yəni satış üçün malları almış mağazalar onların pulunu
malgöndərənə deyil, faktorinq şirkətinə ödəyirlər. Sonuncu ödəniş başa çatan gün
faktorinq şirkəti qalan 20%-dən faktorinq faizini çıxmaqla, qalıq məbləğini
malgöndərən firmaya ödəyir.
Bu əməliyyatda malgöndərən payladığı malların nə vaxt satılıb qurtaracağını
gözləmədən, dövriyyə vəsaitini tam olmasa da, dərhal bərpa edir və yeni partiya
mallar gətirmək imkanı qazanaraq, fəaliyyətini davam etdirir. Üstəlik, müştəri
faktorinq şirkətinin digər xidmətlərindən də istifadə edə bilər. Belə ki, faktorinq
şirkəti malgöndərənə dövriyyə vəsaitləri verməkdən başqa, öz üzərinə risklərin
sığortalanması, debitoriarla iş (məhsul alıcısının ödəniş qabiliyyətinin
yoxlanılmasından tutmuş ödənişlər gecikdirildikdə borcların alınmasınadək) və
informasiya-təhlil xidməti göstərilməsi, debitor borclarının vəziyyəti haqqında
hesabatların verilməsi və s. üzrə öhdəliklər də götürə bilər.
Faktorinq fəaliyyətə yeni başlayan və sürətlə inkişaf edən şirkətlər üçün
olduqca əlverişlidir. Bu xidmətdən istifadə edən firmalar inkişaf prosesində vəsait
qıtlığı problemini aradan qaldırır və debitor borcları ilə məşğul olmaq kimi ağır bir
işdən azad olurlar.
Dostları ilə paylaş: