Müasir şəraitdə dünya ölkələrinin iqtisadiyyatında şəxsi və ailə üzvlərinin
fərdi əməyinə əsaslanaraq fəaliyyət həyata keçirən orta və kiçik müəssisələr bərabər
təsərrüfatçılıq şəraitində fəaliyyət göstərirlər.
Müəssisələrin həcmi bu və ya digər sahənin spesifikasından, onun texnoloji
xüsusiyyətindən, fəaliyyət sahəsinin səmərililiyindən asılıdır. Elə sahələr vardır ki,
onlar yüksək kapital tutumuna, əmək tutumuna və istehsal həcminə malik olur. Ona
görə də böyük həcmli müəssisələrin olması tələb edilmir.
Müasir iqtisadiyyat üçün istehsalın miqyası üzrə müxtəlif və mürəkkəb
kombinasiyalar - iri istehsal strukturlu tendensiyalar xarakterikdir ki, ona da bir çox
faktorlar təsir edir. Onu da qeyd etmək lazımdır ki, elmi-texniki tərəqqinin davamlı
tendensiyaları bir tərəfdən istehsalın təmərküzləşməsinə gətirib çıxarmışdır.
Xüsusilə iri firmalar böyük maddi, maliyyə və əmək resurslarına, həmçinin
ixtisaslaşmış kadrlara malik olmaqla çoxsaylı resursları özündə birləşdirirlər. Ona
görə də onlar iri miqyaslı elmi-texniki əməliyyatlar həyata keçirməyə qadir olurlar.
Digər tərəfdən isə son zamanlar xırda və orta sahibkarlığın görünməmiş
dərəcədə inkişafı hiss edilməkdədir. Bu proses xüsusilə o sferalarda mövcud olur ki,
burada çoxsaylı maliyyə vəsaitlərinə, avadanlıqların və əmək ehtiyatlarının böyük
həcminə o qədər də ehtiyac olmur. Kiçik və orta müəssisələr xüsusi ilə istehlak
məhsullarının istehsalı ilə bağlı olan sahələrdə yaranır və fəaliyyət göstərir.
Dostları ilə paylaş: