Şəkil 4. Maliyyə sistemi sosial sistemin bir hissəsi kimi
Mənbə: Joanna Błach, Financial Innovations And Their Role in The Modern Financial System – Identification and Systematization of the Problem, Financial Internet Quarterly “E-Finanse” 2011, vol. 7, nr 3, s.14
Maliyyə siyasəti ilə gəlir bölgüsündə ədalətin təmin edilməsi isə milli gəlirlərin cəmiyyət üzvləri və ümumilikdə istehsal amilləri arasında ədalətli bölgüsünü göstərir. Maliyyə siyasətinin bu məqsədi dövlətin sosial aspektini göstərir. Günümüzdə maliyyə sektoruna olan bu yanaşma daha da dərinləmişdir. Belə ki, Dünya İqtisadi Forumuna görə maliyyə sektoru səmərəli maliyyə bazarlarına, habelə kapital və maliyyə xidmətlərinə çıxmağa imkan verən amillər, siyasətlər və qurumlar hesab edilə bilər. [41]
Sürətli iqtisadi artım, iqtisadi diversifikasiyaya, iş yerləri yaratmağa və ölkədə bərabərsizlik və yoxsulluğun azaldılmasına kömək edərək inkişaf strategiyaları vasitəsilə ölkənin davamlı və inkluziv inkişafına təkan verən bir sistem olaraq qəbul edilir.
Dostları ilə paylaş: |