Müasir dövrdə maliyyə siyasəti və onun təkmilləşdirilməsi” mövzusunda magistr dissertasiyasi abbaszadə Orxan Mehman oğlu baki – 2019


Azərbaycanda maliyyə siyasətinin mövcud vəziyyətinin təhlili



Yüklə 1,38 Mb.
səhifə25/42
tarix01.01.2022
ölçüsü1,38 Mb.
#102958
1   ...   21   22   23   24   25   26   27   28   ...   42
2.2. Azərbaycanda maliyyə siyasətinin mövcud vəziyyətinin təhlili

1991-ci ildə SSRİ-dən öz müstəqilliyini elan etdikdən sonra Azərbaycanın iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrilmişdir. Lakin müstəqillik əldə etməsi ilə birlikdə ilk illərdə hər bir postsovet ölkəsində olduğu kimi Azərbaycanda da əhalinin rifah səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüş, işsizlik, yüksək dərəcələrdə üzən inflyasiya hökm sürmüşdür. Daha sonralar baş vermiş Qarabağ Müharibəsi də bu vəziyyəti daha da dərinləşdirmişdir. 1994-cü bağlanmış “Bişkek protokolu” ilə cəbhə bölgəsində atəşkəs əldə olunmuşdur. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, neft və qazla zəngin torpaqları isə bu problemlərin qısa zamanda aradan qaldırılmasında böyük rol oynamışdır. Belə ki, 2006-cı ildə Bakı-Tibilisi-Ceyhan (BTC) neft kəmərinin istifadəyə verilməsi ilə birlikdə neft hasilatı əhəmiyyətli dərəcədə artmış və Azərbaycan nefti bu kəmər vasitəsilə Xəzər dənizindən çıxarılaraq Türkiyənin Ceyhan limanına, oradan da Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəql edilmişdir. Həmin vaxtdan etibarən Azərbaycanda neft hasilatının artması səbəbilə ölkənin gəlirlərində əhəmiyyətli dərəcədə artım baş vermiş və nəticə etibarilə iqtisadi böyümənin sürətlənməsinə səbəb olmuşdur. Neft hasilatı və neftin Avropa bazarlarına ixracı geniş şəkildə artmış və beləliklə neft sektoru iqtisadiyyatda öz payını daha da artırmışdır. Geniş neft hasilatı və ixracı öz növbəsində ölkənin sosial-iqtisadi inkişafına töhfə verən iri miqyaslı infrastruktur və sosial layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaratmış və ölkəyə böyük həcmlərdə neft gəlirləri daxil olmuşdur.

Qeyri-bərabər ehtiyatları səbəbilə neftə bağlı iqtisadiyyatı olan ölkələr bu qeyri-bərabərliyi aradan qaldırmaq üçün neft gəlirlərindən əldə edilən qazancları digər sektorların inkişafına yönəltmişlər. Ancaq bununla yanaşı yenilənə bilməyən resurslardan əldə olunan gəlirlərin digər sektorların inkişafına yönləndirilməsi siyasətçilərin qarşısında ciddi çətinliklər ortaya çıxarmaqdadır. Bu səbəblə Azərbaycanda maliyyə siyasətinin effektiv və mütəmadi tətbiq edilməsi lazımdır ki, bu vasitə ilə digər sektorların inkişafı təmin olsun və iqtisadiyyatın neftə olan bağlılığını azaldılsın.

Neftə bağlılıq səbəbilə dünya bazarında neft qiymətlərinin dalğalanması ölkənin gəlirlərində də qeyri-sabitliklə nəticələnəcəkdir. Neft gəlirlərinin bu xüsusiyyəti uzun müddətdə nəsillərarası bərabərliyin pozulması və maliyyə sabitliyinin pozulması kimi çətinliklərə səbəb olur. Bu səbəblə dünya bazarında qiymətlərin yüksək olduğu dövrlərdə ehtiyacdan artıq qalan bu vəsaitlər ölkədə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) transfer edilir və neft qiymətlərinin kəskin düşdüyü dövrlərdə isə maliyyə siyasəti vasitələri ilə məqsədəuyğun istifadə edilir. Çünki, neft gəlirlərinin yüksək olduğu dövrlərdə bu vəsaitlərin birbaşa istifadəsi gələcək dövrlərdə yaşana biləcək neft qiymətlərinin azalmasında istifadə ediləcək və yaşana biləcək bu iqitisadi böhranın qarşısı öncədən görüləcək profilaktik tədbirlər nəticəsində alınacaqdır. Digər tərəfdən neftdən əldə olunan vəsaitlərin tamamının iqtisadiyyatın inkişafına yönəldilməsi illik ÜDM-nin yüksək dərəcələrdə atması səbəbilə böyük iqtisadi problemlərə səbəb olacaqdır. Bu səbəblə ÜDM-nin illik 3% artması normal olaraq qarşılanmaqdadır.

Bu mənada Böyük Maliyyə Böhranından sonra restriksionist maliyyə siyasətinin iqtisadi dövrlər çərçivəsində analiz olunması böyük əhəmiyyət kəsb etmişdir. Aşağıdakı qrafik (Qrafik 1) bu iqtisadi dövrlərin ekspansionist maliyyə siyasəti və restriksionist maliyyə siyasəti daxilində tətbiqini göstərməkdədir.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin