Qrafik 3. 2018-ci ilin yanvar-dekabr ayları üzrə ÜDM (mln. manat), real artım tempi və ÜDM deflyatorunun (əvvəlki illə müqayisədə faizlələ) dinamikası
Mənbə: 11. “2018-ci ilin iqtisadi yekunları” adlı məqalə, Bakı Araşdırmalar İnstitutu, https://bakuresearchinstitute.org/az/2018-economic-outcomes-azerbaijan/, Dövlət Statistika Komitəsi (https://www.stat.gov.az/)
İl üzrə yaradılmış yeni əlavə dəyərin 44,2%-i sənayenin, 9,6%-i ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,0%-i tikintinin, 6,3%-i nəqliyyat və anbar təsərrüfatının, 5,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 1,6%-i informasiya və rabitə sahələrinin, qalan 15,0%-i isə digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil edib. [11]
Azərbaycanda tətbiq olunan maliyyə siyasəti səbəbilə yeni iqtisadi islahat və proqramların təşkil olunması nəticəsində 2014-2015-ci ildə baş vermiş neft qiymətlərindəki radikal azalmanın iqtisadi təsirlərini aradan qaldırılmaqla ÜDM-nin artım tempini yenidən müsbət dərəcələrə qaldırılaraq dinamik iqtisadi artım əldə olunmuşdur.
2004-cü ildən hazırkı dövrə qədər ölkəmizin ÜDM-si 3,35 dəfə artmışdır. Bu dünyada rekord göstəricidir və Azərbaycanın iqtisadi inkişafını göstərməkdədir. Sənaye istehsalı bu dövr ərzində 2,7 dəfə artmışdır. 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar təşkil edirdisə, 2019-cu il yanvarın ayının 1-nə 44,1 milyard ABŞ dolları təşkil edir. Bunun 38,5 milyard dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun hesabına, 5,6 milyard dolları isə Azərbaycan Mərkəzi Bankının payına düşüb.
2014-cü ildə baş vermiş devalvasiya nəticəsində inflyasiyanın səviyyəsi 2017-ci ilə qədər artım tendensiyası göstərmişdir. Belə ki, 2017-ci ildə ən pik həddə çataraq 12,9% olmuşdur. 2018-ci ildən etibarən isə inflyasiya təkrəqəmli səviyyəyə enərək 2,7% olmuşdur. (Qrafik 4)
Dostları ilə paylaş: |