Müasir dövrdə maliyyə siyasəti və onun təkmilləşdirilməsi” mövzusunda magistr dissertasiyasi abbaszadə Orxan Mehman oğlu baki – 2019


Qrafik 1. İqtisadi dövlərdə ekspansionist və restriksionist maliyyə siyasəti



Yüklə 1,38 Mb.
səhifə26/42
tarix01.01.2022
ölçüsü1,38 Mb.
#102958
1   ...   22   23   24   25   26   27   28   29   ...   42
Qrafik 1. İqtisadi dövlərdə ekspansionist və restriksionist maliyyə siyasəti

Təbii resursları ilə zəngin olan ölkələrdə maliyyə siyasəti adətən ekspansionist maliyyə siyasəti olmaqdadır, bilavasitə bu da makroiqtisadi və maliyyə dalğalanmalarını öz bərabərində gətirməkdədir. Buna görə də hansı ölkədə ekspansionist maliyyə siyasəti tətbiq olunursa o ölkələrdə makroekonomik sabitsizlik mövcud olur və bu da öz növbəsində yüksəliş dövrünü zədələyib tənəzzülə kimi iqtisadiyyatı aparmaqdadır. Bu eyni zamanda ölkənin maliyyə menecmenti sistemi üzərində böyük yük qoyur, xərclərin keyfiyyətini və məhsuldar istifadə edilməsini zəiflədir və uzunmüddətli qeyri-sabitliyə səbəb olur.

Azərbaycandakı maliyyə siyasəti göstəricilərini analiz edərək Azərbaycandakı maliyyə siyasətinin ekspansionist və ya restriksionist olduğunu təyin edə bilərik.

2014-cü ildəki neft qiymətlərindəki kəskin azalma və aşağı neft hasilatı başlıca makroiqtisadi göstəricilərə ciddi təsirlər göstərmişdir. Nəticə etibarilə 2016-cı ildə ÜDM 3.1% geriləmişdir. Bu, Azərbaycan iqtisadiyyatında 1995-ci ildən bəri müşahidə olunmuş ilk mənfi göstəricidir. 2015-ci ildə manatın devalvasiyası ilə birlikdə inflyasiya artaraq inflyasiya ilə bərabər cari hesab profisiti ortadan qalxdı və büdcə kəsri (defisiti) yarandı. Mərkəzi Bank inflyasiyanın qarşısını almaq və manatın məzənnəsini qorumaq məqsədilə iqtisadiyyatdakı pul kütləsini azaltdı və nəticə etibarilə məcbu tələbin azalması məqsədilə Mərkəzi Bank kommersiya bank və kredit təşkilatlarına verdiyi kretidlər üzrə faiz dərəcəsini 3%-dən 10%-ə yüksəltdi (Qrafik 2 və Cədvəl 2).




Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin