Şəkil 1. Maliyyə sistemində institutlar
Bundan başqa, bu yanaşmada verilmiş təsnifatlar, izahlar və statistik materiallar qeyd edilmiş təşkilatların maliyyə sektorunda və ya ümumilikdə iqtisadiyyatda sahib olduğu xüsusiyyətlərinin şərhinə və qiymətləndirilməsinə yönəlməkdədir. Məsələn, bank sektorunda rəqabət dərəcəsinin, xarici rəqiblərə qarşı rəqabətqabiliyyətliliyini və ya ölkə daxilində müxtəlif maliyyə vasitəçiləri arasında rəqabətin qiymətləndirilməsi aparıla bilər. Maliyyə bazarlarında qiymətlərin müəyyənləşdirilməsi və investorların qorunmasının şəffaflığı, ya da bu sahədə tənzimləmə və nəzarətin keyfiyyəti araşdırıla bilər. [35]
Başqa bir yanaşmada isə maliyyə sistemi əsasən maliyyə münasibətlərinin məcmusu kimi qələmə alınır, bir-biri ilə əlaqəli pul münasibətlərindən formalaşdığına diqqət yetirilir. Maliyyə və ya pul ehtiyatlarının bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə bağlı münasibətlərin mövcudluğu maliyyə sisteminin əsas xüsusiyyəti kimi qəbul edilir. Məsələn, bu yanaşmanın tərəfdarları olan A.P.Faure və O.N.Kusaki maliyyə sisteminin əsas altı ünsürünü qeyd edirlər (Şəkil 2.).
Dostları ilə paylaş: |