Müasir həyat və Elektron hökumət
Günu-gündən qloballaşan dünyamızda artıq insanlar həyatlarını İnformasiya-kommunikasiya texnologiyaları olmadan təsəvvür edə bilmirlər.Müstəqillik qazandıqdan sonra respublikamızda bütün sahələrin inkişafına xüsusi diqqət ayrılmışdır.XXI əsrin əvvəllərindən başlayaraqölkəmizdə İKT-nin sürətli inkişafı, “Elektron hökumət”in formalaşdırılması istiqamətində görülən işlər də bunun əyani sübutudur.Beynəlxalq təcrübəyə əsaslanaraq respublikamızda artıq təməli qoyulmuş “Elektron hökumət” insanların problemini yerindəcə həll etməyə,dövlət qurumlarında göstərilən xidmətlərin şəffaflaşdırılmasına xidmət edir.
Bəs cəmiyyətimiz elektron xidmətlərdən səmərəli istifadə etməyə hazırdırmı?Bu onların həyatını asanlaşdıracaqmı?
Elektron xidmətlərdən yararlanmaq müasir dövrdə cəmiyyətimiz üçün zəruridir.Bu yaxınlarda öz təcrübəmdə də bunun şahidi oldum.Belə ki,mühüm bir sənədi təsdiq etdirmək üçün uzun məsafə qət etməli idim.İşləriminçoxluğu isə buna imkan vermirdi.Bu zaman sənədlərimi qeydiyyatdan keçirdiyim həmin saytda təxminən belə bir qeydlə rastlaşdım. “Elektron imza sertifikatı olan şəxslər komissiyaya müraciət etmədən sənədlərini təsdiq edə bilərlər.”Məhz bu zaman “Elektron imza”nın, ümumiyyətlə, elektron xidmətlərin bizim problemlərimizin asan yolla həll edilməsində nə dərəcədə vacib rol oynadığına bir daha əmin oldum.Düşünürəm ki, ölkəmizdəbu cür problemlərlə üzləşən minlərlə insanlar var.Ancaq bu barədə məlumatlı olmadıqları üçün elektron xidmətlərdən hərtərəfli yararlana bilmirlər.Hazırda əhalini bu sahədə məlumatlandırmaq, göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək istiqamətində bir sıra addımlar atılmaqdadır.Artıq bir müddətdir ki, istifadəyə verilmiş “Elekton Hökumət Portalı” (www.e-gov.az) həm əhalini maarifləndirməyə,həm də elektron xidmətlərin istifadəsinə geniş şərait yaradır.Portalda mütəmadi olaraq yeniliklər barədə məlumatlar verilir,həmçinin əhaliyəgöstərilən xidmətlərin sayı getdikcə artırılır.Portalın “Facebook” səhifəsindən istifadə edənlərin sayı da günü-gündən artmaqdadır.Burada istifadəçilərin sualları tam şəkildə cavablandırılır, müzakirələr aparılır, eyni zamanda müxtəlif xidmətlər təklif edilir. Bundan başqa əhalini “Elektron hökumət”in ustünlükləri ilə tanış etmək məqsədilə maarifləndirmə kursları da təşkil olunur.Bu kursların bölgələrdə də təşkil olunması xüsusilə diqqətəlayiqdir. Rabitə və İnformasiya Nazirliyinin verdiyi məlumata görə bu kurslargələcəkdə də davam etdiriləcək.Hazırda “Elektron hökumət” portalında əhalinin istifadəsinə verilmiş xidmətlərin sayı 236-ya çatdırılmışdır.Vətəndaşlar“www.e-gov.az”portalında qeydiyyatdan keçməklə bu xidmətlərdəndaha geniş istifadə edə bilərlər,ammaqeydiyyatdan keçmədən də bir sıra xidmətlərdən yaralanmaq mümkündür.Əhalini ən çox istifadəetdiyi xidmətlər arasında Dövlət Sosial Müdafə Fondunu təklif etdiyi bir sıra xidmətlər də var ki, istifadəçilər burada ödənilmiş məcburi dövlət sosial sığorta haqqı, pensiyaçıhaqqında, pensiya kapitalı, həm də pensiya kalkulyatorundan istifadə etməklə alacaqları pensiya məbləği haqqında məlumatı əldə edirlər.Vergilər Nazirliyinin təqdim etdiyi xidmətlərlə isə vergi ödəyiciləri öz borcları,xəzinədarlıq orqanlarına köçürüləcək vergi və rüsumlar haqqında məlumatı əldə edə bilərlər.VÖEN-ə görəödəyicinin axtarılması da Vergilər Nazirliyinin ən çox istifadə edilən xidmətlərindəndir.
Rabitəvə İnformsiya Texnologiyaları Nazirliyininəhaliyə təklif etdiyi xidmətlər də çox sərfəlidir.Buxidmətlər vasitəsi ilə vətəndaşlar ADSL internet xidmətindən istfadə edir, nömrələrə görə danışıq borcları haqqında məlumatı öyrənir,rabitə xidmət haqlarının internet vasitəsi ödəyir,dövri mətbuata abunə olurvə bu kimi digər təkliflərdən yaralanırlar.Onu da qeyd etmək yerinə düşər ki,respublikamızda göstərdiyi elektron xidmətlərə görə ən çox müraciət ediləndövlət qurumu daməhz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.
Daxili İşlər Nazirliyini təklif etdiyi xidmətlərin köməyi ilə isə PİN-ə görə fərdi məlumatlardan yaralanmaq,həmçinin yol hərəkəti qaydalarının pozuntusuna görə tətbiq olunmuş cərimələr və cərimə balları haqqında məlumatları da əldə etmək olar.Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da burada müxtəlif çeşidli elektron xidmətlərini təklif edir.İmtahana buraxılış vəsiqəsinin internet vasitəsi ilə verilməsi,cavab kartlarının qrafik təsviri,imtahan nəticələri haqqında məlumat,TQDK nəşrlərinin və onların elektronversiyalarının ,həmçinin virtual ödəmə kartlarının onlayn satışı hazırda daha çox ehtiyac duyulan xidmətlərdəndir. Ümumiyyətlə, portalda müxtəlif qurumlar üzrə bu kimi yüzlərlə xidməthaqqında ətraflı məlumatlar yerləşdirilmişdir və portal vasitəsi ilə bütün dövlət orqanlarının müxtəlif informasiya-məlumat bazaları birləşdirilərək mərkəzləşdirilmişşəkildə fəaliyyət göstərməkdədir.Bütün bunlar isə əhalini həyat şəraitinin yaxşılaşdırımasına, dövlət qurumları və vətəndaşlar arasında olan münasibətlərin sadələşdirilməsinə , şikayətlərin azaldılmasınagətirib çıxarır ki, bu da ümumilikdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına müsbət təsir göstırir.
2013-cü ilin respublikamızda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması da “Elektron hökumət” quruculuğu sahəsində görülən işləri sürətləndirməkdədir.Bildiyimiz kimi 2013-cü ilin fevralında Azərbaycan Respublikasının ilk süni peyki orbitə buraxıldı ki, bu yenilik ölkəmizdə
informasiya təhlükəsizliyinin gücləndirilməsinə, sürətli peyk internet xidmətinintəşkilinə, kosmik texnologiyalarla teleradio yayımına, diplomatik nümayəndəliklərlə birbaşa və etibarlı rabitənin gücləndirilməsinə həmçinin bir çox yeni innovasiyalara yol açacaq.
Bir neçə aydır fəaliyyətə başlayan və artıq bölgələrdə də vətəndaşların ixtiyarına verilən “Asan xidmət” mərkəzləri də “Elektron hökumət”in formalaşdırılmasıistiqamətindəgörülmüş mühüm tədbirlərdən sayılır.
Təhsil sahəsində çalışdığım üçün “Elektron hökumət”in bir hissəsi olan “Elektron təhsil” mövzusuna da toxunmaya bilmərəm.Düzdür, “Elekton təhsil”ə keçidlə bağlıda ölkəmizdə bir sıra problemlər mövcuddur.Elektron tədris vəsaitlərinin azlığını, kadr hazırlığının istənilən səviyyədə olmamasını buna misal göstərmək olar.Amma artıq respublikamızda təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı Dövlət Proqramı qəbul olunub.Təhsil Nazirliyi də bu sahəni inkişaf etdirmək üçün müəyyən layihələr həyata keçirir.Belə ki, məktəblərin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasıgücləndirilir, kompyuterlərlə və digər zəruri avadanlıqlarla təmin edilir.Elə mənim çalışdığım məktəb bu ildən başlayaraq “Elektron məktəb” kimi fəaliyyət göstərəcək.Hələkeçən ildən məktəbimizdə bu istiqamətdə xeyli işlər görülüb. Sinif otaqları proyektor , kompyutervə sürətli internet xətt ilə təhciz olunub, məktəbimizə interaktiv lövhələr gətirilib.Məktəbimizin bir çox müəllimləri o cümlədən mən də “Mimio” və “Promethean” lövhələrdə işləmək üçün təlim kurslarından iştirak etmişik.
Göründüyü kimi, ölkəmizdə elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, interaktiv tədris imkanlarının, distant təhsilin yaradılması sahəsində də mühüm işlər görülməkdədir ki, bütün bunlar bir daha “Elektron hökumət”in inkişafına rəvac verir.
“Elekton hökumət”in formalaşdırılması istiqamətində görülən tədbirlər günü-gündən genişləndirilməkdədir. Artıq “Elektron hökumət”in 2013-2015-ci illəri əhatə edən yeni inkişaf proqramı hazırlanır. Gələcəkdə elektron xidmətlərin yerli icra hakimiyyətləri səviyyələrində də
həyata keçirilməsi, daha sonrakı mərhələdə isə bələdiyyələri də əhatə etməsi nəzərdə tutulur.
İnanırıq ki, bu görülən işlər Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına,
elektron biliklərin ümumi səviyyəsinin yüksəldilməsinə, ölkəmizin ümumdünya elektron
məkanına daha sürətli inteqrasiya etməsinə və eyni zamanda elektron xidmətlərin artmasına gətirib çıxaracaq.Bütün bunlar isə dünya ölkələri arasında getdikcə nüfuzu artan və artıq qüdrətli bir dövlətə çevrilməkdə olan müstəqil Azərbaycanın inkişafında mühüm əhəmiyyət kəsb edəcək.
Həcər Abdurzaqova
İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Yazı Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin “İKT ili” çərçivəsində “Respublikada “Elektronhökumət” :mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda keçirilən analitik məqalə müsabiqəsi üçün yazılıb.
Dostları ilə paylaş: |