|
Madyan (Büt.ş.) // maydan (Q.Cava.) – dişi at.
Ayğır
|
səhifə | 33/91 | tarix | 01.01.2022 | ölçüsü | 3,26 Mb. | | #104508 |
| Madyan (Büt.ş.) // maydan (Q.Cava.) – dişi at.
Ayğır (Büt.ş.) – erkək at.
Yabı (Büt.ş.) – işdən düşmüş at. Bakı dialektində eyni mənada işlədilir [95, s.202].
b) Əlamətinə görə at adları
Alapaça (Büt.ş.).
Kəhər (Büt.ş.).
Kəhərqaşqa (Büt.ş.).
c) Rənginə görə at adları
Ağat (Büt.ş.).
Bozat (Büt.ş.).
Qəmərat (Büt.ş.).
Kürən at (Büt.ş.).
Göy at (Büt.ş.).
Səmənd at (Büt.ş.).
ç) At yerişləri
Dingiltmə (C.) – narahat yeriş.
Qoşağı (C.) – qoşa ayağa çapmaq.
Qurtyeriş (Büt.ş.) – sürətli yeriş. Bakı dialektində də eyni mənada işlədilir [95, s.202].
Yorğa (Büt.ş.) – rahat və sürətli yeriş.
Tütyeriş (C.) – sürətli yeriş.
d) Yaşa görə eşşək növü
Qürix (Büt.ş.) – altı aylığa qədər.
Qodux (Büt.ş.) – altı aydan bir yaşa qədər dişi eşşək.
Xotux (Q., Cava.) – altı aydan bir yaşa qədər dişi eşşək.
Sıpa (Büt.ş.) – altı aydan bir yaşa qədər erkək eşşək.
Yarımtayı (C.) – bir yaşda. Yarım tay yük götürən.
Eşşəx (Büt.ş.) – bir yaşdan sonra.
Dostları ilə paylaş: |
|
|