Göy qoyun (Büt.ş.) – külrəngli qoyun.
Köala (Büt.ş.) – üstündə xalı olan göy qoyun.
Qeyd: rənginə görə qoyun növlərinə aid olan sözlərin bir qismi dialekt xüsusiyyəti daşıyır. Məsələn, ağsis qoyun, qara saqqar, qırmızı saqqar.
b) Müxtəlif əlamətinə görə qoyun növləri
Bəllə qoyun (Büt.ş.) – qulağı uzun və qulağının üstündə vəz olan qoyun.
Boynu xallı (Büt.ş.) – boynunda başqa rəngli yun olan qoyun. Qıccaqulaq kürə (Büt.ş.). Bu cür qoyunların qulaqları kərə və kürə qoyunların qulaqlarının ortağıdır.
Kərə qoyun (Büt.ş.) – qulaqsız qoyun.
Kürə qoyun (Büt.ş.) – yarım qulaq qoyun.
Kəlin qoyun (Büt.ş.) – buynuzlu qoyun.
Mırçamlı qoyun (C., P., Buz., Güla.) // qotazlı // mıncıxlı qoyun (Büt.ş.) – boğazının altında iki vəz olan qoyun. Qərb qrupu dialekt və şivələrində mürcüm, qotaz eyni mənada işlədilir [22, s.230].
Uzunqulaq kürə (Büt.ş.) – belə qoyunların qulaqları kürə qoyunun qulaqlarından bir qədər uzun olur.
Almaz qoyun (Büt.ş.) – balasını əmməyə qoymayan qoyun. Eyni mənada Bərdə rayonu şivələrində də işlədilir [20, s.34].
Qol qoyunu (Büt.ş.) – çobanlar yatanda qollarına bağladıqları qoyun. Sürü tərpənəndə, yaxud sürüyə canavar, oğru girəndə çobanı dartıb ayıltmaq üçün qola bağlanan qoyun.
Dostları ilə paylaş: |