Bolu (Büt.ş.) – may ayında bitir, nazik boz zolaqlarının baş tərəfi üç yerə ayrılır, hər bir ucunda nizamsız şəkildə nazik yarpaqları olur. Yerli əhali tərəfindən zoğları yeyilir.
Qıyağot (Büt.ş.) – yazın əvvəllərində çıxan yaşıl otdur. Topa şəklində nazik qanadları olur. Yem üçün yararsızdır.
Qazəğı (Büt.ş.) – yeyilən ot.
Qırxkönəx (Büt.ş.) – ot.
Qozayoldaşı (Büt.ş.) – pambığın içərisində bitən otdur. Yarpaqları və qozası pambıq koluna bənzəyir.
Quzuqulağı (Büt.ş.) – yeyilən turşməzə ot.
Qurtqulağı (Büt.ş.) – yerdən çıxarkən uzun saplaqlara malik olan boz, üstü tüklü yarpaqları olur. Yarpaqların forması qurd qulağı kimi əvvəlcə enli, uclarda isə ensiz yarım bükülüdür. Qurt qulağına oxşadığı üçün xalq arasında bu adı almışdır.
Quşüzümü (Büt.ş.) – otdur. Qırmızı kiçik giləli meyvələri yeyilir.