Mübariz süleymanli


Yolma yun (Büt.ş.) – əl ilə yolunan yun. Yun



Yüklə 3,26 Mb.
səhifə53/91
tarix01.01.2022
ölçüsü3,26 Mb.
#104508
1   ...   49   50   51   52   53   54   55   56   ...   91
Yolma yun (Büt.ş.) – əl ilə yolunan yun.

Yun (Büt.ş.) – bir yaşdan sonra qoyundan yazda qır­xılan yun.

Güzəm (Büt.ş.) – payızda qırxılan yun. Sabirabad, Şirkan, Bakı, Quba, Yardımlı dialekt və şivələrində də eyni mənanı verir [22, s.218]. Güz əski türkçədə “payız” deməkdir.

Südgülyun (C., P., Buz., Güla.) – ağ, qırmızı qarı­şıq yun.

Tiftix (Büt.ş.) – keçi qəzilinin dibində olan yumşaq tük.

Qeyd: demək olar ki, bu sözlərin əksəriyyəti dialekt xüsusiyyəti daşıyır.
Başqa materiallara aid sözlər:

Arqaç (Büt.ş.) – hananın eninə toxumaq üçün ha­zırlanan ip. Bu söz Şəki və Ağdam şivələrində eynilə iş­lə­dilir. Arğac şəklində Qazax, Salyan, Cəbrayıl dialekt və şivələrində eyni mənanı bildirir [20, s.39].

Əlçim (Büt.ş.) – ip əyirmək üçün təmiz daranmış əl böyüklükdə yun. Salyan, Göyçay şivələrində də həmin mənada işlədilir [20, s.216].

Əriş (Büt.ş.) – hananın uzununa uzadılmış – şaquli iplər. Qazax rayonunda Daş Salahlı kəndində [22, s.215], Göyçay şivələrində [96, s.12] eyni mənanı verir.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin