Xödəxgarvan (C.), Xödəkkarvan (Büt.ş.) – beşulduz bir yerdə.
Karvanqıran (Büt.ş.) – Zöhrə ulduzu. Karvanqıran şəklində Qazax, Tovuz rayonlarında da eyni məna ifadə edilir [20, s.252].
Dan ulduzu (Büt.ş.).
Leyli və Məcnun ulduzu (C.) – iki ulduzdur, ildə bir dəfə qoşalaşırlar.
Məkkə yolu (C.) // karvan yolu (Büt.ş.) – ulduzlar topası. Qazax dialektində karvan yolu adlanır [20, s.252].
BARAMAÇILIĞA AİD SÖZ VƏ TERMİNLƏR
Qarışqa (Büt.ş.) – toxumdan təzə əmələ gələn qurd.
Qarışqa yuxusu (Nəza., D., Au., Yu.) – barama qurdunun birinci yuxusu.
Şümşürüt yuxusu (Nəza., D., Au., Yu.) // dü yuxusu (Q., N., Ç., Güz.) – barama qurdunun ikinci yuxusu.
Kiçix xırıt (Büt.ş.) – barama qurdunun üçüncü yuxusu.
Böyük xırıt (Büt.ş.) – barama qurdunun dördüncü yuxusu.
Qəm yuxusu (Nəza., D., Au., Yu.) – barama qurdunun sarığa başlamazdan əvvəl 1-2 saatlıq yuxusu.
Şaxagetmə (N., D., Ay., Yu.) // sarığagetmə (Əks.ş.) – eyni mənada Ağcabədi rayonu şivələrində də işlədilir [61, s.48].
Doğrama (Nəza., D., Au., Yu.) – qarışqaya verilən xırda-xırda doğranmış tut yarpağı.
Ləçəx (Nəza., D., Au., Yu.) – üç gündən sonra barama qurduna verilən tut yarpaqlarının doğranmış ləçəkləri.
Yarımçubux (Nəza., D., Au., Yu) – səkkiz gündən sonra barama qurduna verilən kiçik doğranmış tut çubuqları.
Şax (Büt.ş.) – danaqıran və ya eşşək turpu kolundan olur.
Şaxlama (Büt.ş.) – barama sarınmaq üçün qoyulan kol. Şaxlamax şəklində Ağcabədi [61, s.48] rayonu və Göyçay [96, s.19] şivələrində eyni mənada işlənir.
Dostları ilə paylaş: |