Mübariz süleymanli



Yüklə 3,26 Mb.
səhifə75/91
tarix01.01.2022
ölçüsü3,26 Mb.
#104508
1   ...   71   72   73   74   75   76   77   78   ...   91
Keşməx (Büt.ş.) – arının uçuş bacası.

Nəfəsdix (Büt.ş.) – arı pətəyinə hava daxil olması üçün qoyulan kiçik baca.

Haramı (C.) – başqa arı ailələrinə basqın edib, on­ların hazır məhsulları ilə qidalanmaq istəyən arı. Or­du­bad dialektində də eyni mənada işlənir [20, s.419].

Çiş (Büt.ş.) – balsız şan.

Cəng olma (Büt.ş.) – arı xəstəliyi. Soyuqda qalan arı­lar uça bilmədiklərindən belə adlanır.

Şaa (Büt.ş.) – şah arı. Ailəni idarə edən ana arı. Bu söz eyni mənada Şəki dialektində [50, s.195], Göyçay şivələ­rində [96, s.18] də işlənir.

Qeyd: bölgə şivələrində işlənən bəzi sözlər (arı, ana arı, ana şan) ədəbi dillə müştərəkdir.


MƏRASİMLƏRƏ AİD OLAN SÖZLƏR

a) Toy mərasiminə aid sözlər



Elçi (Büt.ş.).

Bəlgə (Büt.ş.) – oğlan evindən qız evinə göndərilən birinci nişan. “Əvvəl bəlgə verrix, sora nişan aparrıx” (Q.). Şəki rayonu şivələrində buna bəliyə // şəltə deyirlər [50, s.195].

Parça bişmə (Büt.ş.) – toy başlamazdan əvvəl qız evində olan şənlik. Gəlinə paltar tikdirmə.

Xına gecəsi (Q., Cava.) // xınayaxma (C.) – gəlin köçməmişdən bir gün əvvəl keçirilən gecə. “Bizzərdə xına gecəsi haquşqa dellər, gülmey gellər, qız-gəlinnər əllərinə xına qollar” (Q.).

Duvax (N.) // yaylıx qapma (Əks.ş.) – gəlin gələnin səhərisi günü onu görmək münasibətilə düzəldilən şənlik.

Südpulu (Büt.ş.) – gəlin köçürülən vaxt oğlanın yaxın qohumu tərəfindən qız anasına verilən müəyyən miqdar pul.

Cehiz (Büt.ş.) – qızın valideynlərinin ona bağışla­dıq­ları müəyyən ev əşyaları.

Bəy (Büt.ş.) – evlənən oğlan toy günü belə adlanır.

Sağdış (Büt.ş.) – evlənən oğlanın yanında duran evli kişi.

Solduş (Büt.ş.) – evlənən oğlanın yanında duran ikin­ci adam. “Solduş gərəx evlənməmiş oğlan ola” (D.).

Yengə (Büt.ş.) – gəlin köçərkən onunla bərabər bəy evinə gedən yaşlı qadına deyilir.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin